Bölgədə erkən evlilik və onun fəsadları araşdırıldı

IMG_1313 (1)Şimal-qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihənin icrası uğurla başa çatmışdır.

Gənclərin İnkişaf  Mərkəzi İctimai Birliyinin mətbuat xidmətindən Qafqaznews.az-a  verilən məlumata görə Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında  “Şimal-qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihənin icrasını uğurla yekunlaşdırmışdır.

Layihənin əsas məqsədi erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri barədə regionda araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına tövhə vermək, riskləri azaltmaq olmuşdur.

Layihənin icrası zamanı hər bir rayonda 30 nəfərdən ibarət qruplara bir günlük təlimlər keçirilərək maarifləndirilmə işləri aparılmışdır. Hər bir rayonda keçirilmiş təlimlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, gənclər tərəfindən verilmiş maraqlı təkliflər qeydə alınmışdır ki, bu həm layihənin yekun hesabatında qeyd olunacaq həm də təşkilatımızın gələcək fəaliyyətlərində uğurla dəyərləndiriləcəkdir.

Bundan başqa təşkilatçılar tərəfindən hazırlanaraq təlim iştirakçılarına paylanılmış papaq, köynək, buklet və digər paylama materialları layihənin daha geniş kütləyə yayılmasına və daha effektli təsir göstərməsinə imkan yaratmışdır.

ww IMG_1228 IMG_1610

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR