Boşanmaların səbəbləri nədir? – VİDEO – FOTO

1Yevlax Qeydiyyat şöbəsinin rəisi Şölə Əliyevanın sözlərinə görə, 2016-cı ilin əvvlindən bu yana Yevlax rayon Qeydiyyat Şöbəsində 206 nikah və 75 boşanma faktı qeydə alınıb.

Ayrılanlar içərisində orta təhsilli və ya təhsilsiz insanlar üstünlük təşkil edir. Bunların arasında isə həm gənc, həm də gənclik çağını geridə qoyan şəxslər boşanmaya meyl edirlər.

“Ümumiyyətlə bütün illərə baxanda 24-25 və 46-47 yaşında olan gənclər boşanırlar” deyə Yevlax şəhər Qeydiyyat Şöbəsinin rəisi Şölə Əliyeva vurğulayıb. Qeydiyyat şöbəsinin müdiri bildirib ki, boşanmların əsas səbəbləri cütlüklərin düşünmədən evlənmək barədə qərar vermələri olur. Bundan başqa bəzi valideyinlər övladlarının nikaha girməsinə tələsirlər. Sonradan isə peşimanlıq çəkirlər. Şölə Əliyeva deyir ki, ailə qurmaq məsələsində valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Rayon sakinləri isə hesab edirlər ki, cütlüklərin tez ayrılmalarının səbəbi onların əsasən təhsilsiz olmalarıdır. “Dünya görüşü olan insanlar ailədə problem yaratmırlar” deyə rayon sakini Orxan Alıyev bildirib. (Region TV)

2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR