Cəlilabad sakinindən sayğac üçün 210 manat tələb edilir – VİDEO

wetryuyui_475767Elektrik dirəyi ilə evin arasındakı məsafə bir neçə metrdir. Lakin elektrik xətti çəkmək və sayğac quraşdırmaq üçün 210 manat pul tələb edilir.

Bu vəziyyət Cəlilabadın Ocaqlı kəndində yaşanır. 2007-ci ildə bütün abonentlərdə olduğu kimi, kənd sakini Əliağa Xəlilovun da evində olan köhnə elektrik sayğacı yenilənməsi üçün müvafiq qurum tərəfindən təhvil alınıb. Lakin kənddə bütün abonentlərin evinə yeni sayğac quraşıdırlsa da, onun evi bundan kənarda qalıb. Elə o vaxtdan da qonşulardan çəkdiyi xətt vasitəsilə elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalıb.

Qafqaznews.az  xezerxeber.com-a istinadən bildirir ki, Əliağa Xəlilov bir neçə dəfə Cəlilabad Elektrik Şəbəkəsinə müraciət edib və nəticədə ona “İşçi layihəsi” adı altında yazılı məlumat göndərilib. Üstəlik də göstərilən məbləği köçürmək üçün bank hesabı qeyd edilib.

Əliağa Xəlilov deyir ki, yerli qurumun göndərdiyi sənəd və təkliflərlə bağlı “Azərişıq” ASC- yə yazılı müraciət edib. Oradan gələn cavabda isə yerli qurumun göndərdiyi sənəddə göstərilən avadanlıqların alınması və qurşdırılmasının pulsuz olduğu qeyd edilib.

Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmadar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev bildirdi ki, Əliağa Xəlilov “ASAN Xidmət” Mərkəzinə müraciət edərək elektrik xəttinin çəkilməsi və sayğac üçün tələb olunan rüsumu ödəməlidir. Ondan sonra Cəlilabad Elektrik Şəbəkəsinin nümayəndələri tərəfindən sayğac quraşdırılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR