Cahangir Əsgərov şikayətçi əməkdaşına qalib gəldi?

azalAZAL-dan kompensasiya tələb edən şəxs Gəncə aeroportunun əməkdaşı imiş

Avqust 1-də Qafqaznews.az-da “Cahangir Əsgərovla Vilyam Hacıyev sahibkarı kompensasiyadan məhrum ediblər?” başlıqlı yazı dərc olunmuşdu. “Mən Gəncə aeroportu yaxınlığındakı o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir” Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Gəncə sakini Niyazov Niyaz Novruz oğlu bildirib ki, Göy-göl rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin qərəzli münasibəti nəticəsində mülkiyyət hüquqları pozulub və “Azərbaycan Hava Yolları” QSC ona məxsus 1,5 hektar sahəni heç bir kompensasiya vermədən Gəncə Aeroportunun ərazisinə qatıb. N.Niyazov Qafqaznews.az-a qeyd edib ki,1992-ci ilin noyabr ayında “Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib.

Airport“1993-cü ildə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha ovaxtkı Xanlar rayon RİH başçısı Pənah Məmmədovun sərəncamı və Xanlar rayon XDS-nin (o vaxtkı Xalq Deputatları Soveti – red.) qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə ictimai iaşə müəssisənin tikinti işlərini başlatdım. 1993-cü ildə Gəncə Aeroportunun sabiq direktoru Firudin Qasımov ovaniyaz-niyazovxtkı ədliyyə naziri İlyas İsmayılova məktub yazaraq, “Gül-Gün” sahibkar müəssisəsinin hüquqi ünvanı kimi həmin ərazinin qeyd olunmasına razılıq vermişdi və tikiləcək müəssisənin aeroport işçilərinə xidmət göstərəcəyini qeyd etmişdi. Tikintinin xeyli hissəsini həyata keçirmişdim”.

O qeyd etdi ki, tikinti işləri fasilə ilə getsə də, başa çatdırmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin “plana düşməsi” xəbərini alıb. “2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə Beynəlxalq Hava Limanının plan ərazisinə düşdüyü üçün, sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar. 2004-2006-cı illərdə Xanlar rayon RİH başçısı olan Hacıyev Vilyam 1443682310_vFəxralı oğlu (hazırda İmişli RİH başçısı – red.) yalan məlumatlı məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. Məktubunda qeyd etmişdi ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün RİH-in sərəncamı olmayıb. Nəzərinizə çatdırım ki,Vilyam Hacıyev bu məktubu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamış, sənədlərimin araşdırılması barədə heç bir danışıq olmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki, niyə belə haqsızlıq edirsən, V.Hacıyev susub üzümə baxdı və dedi: “Belə olmalıdır”.

Onun bu məktubu əsasında “Azərbaycan Hava Yolları”nın rəhbərliyi mənim dövlətdən kompensasiya almağıma imkan vermədi. Mənə cavab yazdılar ki,guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Əslində bu məsələylə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” rəhbərliyi mənimlə görüşməli idi. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışmışam, lakin buna imkan verməyiblər. 2004-cü ildə aeroportun direktoru Bəylər Nəcəfovdan xahiş etmişdim ki, kompensasiya barədə Cahangir Əsgərovla danışsın. İki gün sonra isə Bəylər Nəcəfov mənə Cahangir Əsgərovun adından bu sözləri çatdırdı: “Zir-zibilini ordan yığışdırsın, yoxsa gəlib buldozerin qabağına verəcəyik”. Göründüyü kimi, Cahangir Əsgərovla Vilyam Hacıyevin ikisi də mənim hüqскачанные файлыuqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurublar”, – deyə N.Niyazov bildirdi.

Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, hara gedirsə, bir nəticəyə nail ola bilmir: “Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur”, – deyə N.Niyazov əlavə etdi.

Təəssüf ki, aidiyyatı olan qurumlardan, AZAL və Göygöl RİH-dən, eləcə də, hazırda İmişli RİH başçısı olan Vilyam Hacıyevdən bu istiqamətdə münasibət öyrənə bilməmişdik. Avqustun 3-də araşdırmamızı davam edərkən, Niyaz Niyazov bizimlə əlaqə saxlayaraq, bu məsələ ilə bağlı araşdırmamızı dayandırmağı, “üstünü bağlamağı” xahiş etdi. Hətta, N.Niyazov əməkdaşımıza əsas səbəbkar kimi Vilyam Hacıyevi hədəfə almağı təklif etdi. Əməkdaşımız ona izah etdi ki, əgər mövqeyində haqlıdırsa, AZAL-ın rəhbəri olaraq Cahangir Əsgərov da eyni məsuliyyət daşıyır… Lakin N.Niyazov bir daha bizdən bu istiqamətdə daha yazmamaq xahişini təkrarladı, bizə bir az da gözləməyi tövsiyə etdi. Məsələnin səbəbini soruşduqda, bizə məlum oldu ki, Niyaz Niyazovun özü də Gəncə Beynəlxalq Hava Limanında çalışır, işini itirməkdən çəkinir. Həmçinin, sözügedən torpaq sahəsini “Gül-Gün” sahibkar müəssisəsi adına özəlləşdirdiyi zaman da Gəncə aeroportunda çalışdığını öyrəndik. Əlbəttə, onun həmin torpaq sahəsini zəbt etdiyini düşünmürük, lakin yaxşı olardı ki, hörmətli Niyaz Niyazov mətbuata müraciət etməzdən əvvəl yüz düşünüb bir ölçərdi.

Bilmirik, bu “geriçəkilmə” məsələsində AZAL rəhbərliyinin nə qədər rolu var… Həmçinin, Cahangir Əsgərovun başqa hansı əməkdaşlarının ondan şikayətçi olub-olmadığını da bilmirik. Niyaz Niyazovun ailəsini dolandırmaq naminə hansı təzyiqlərlə üzləşdiyini də demək çətindir. Ümid edirik ki, hörmətli Cahangir Əsgərov gələcəkdə bu və digər məsələləri elə AZAL-ın özündə, daxili qaydada həll edəcək.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR