Çində təkərsiz qatar istifadəyə verilib

6d003f69054d273f270dead2d90c4d81Çində maqnit yastıqlı, enerjiyə qənaətli ilk qatar istifadəyə verilib.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, yeni texnologiya 30 faiz enerjiyə qənaət etməyə imkan verəcək.

Qatarın tərtibatı ilə layihələndirmə və istehsal ilə məşğul olan Çin şirkətinə məxsusdur. Analitiklərin hesablamalarına görə, belə bir qatarın hesabına illik olaraq 1 milyon dollar qənaət etmək mümkün olacaq.

Xatırladaq ki, qatarın hərəkət zamanı yeni texnologiyadan istifadə edilir. Vaqonlarda təkər olmadığı üçün onlar havada asılı vəziyyətdə qalır. Bu onun sayəsində baş verir ki, dəmir yolu xəttində rels əvəzinə adi metal ötürücü, qatarın altında isə elektromaqnit sistemi quraşdırılıb.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, qatar saatda 430 km yol qət edə bilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR