FETÖ-nün “1 dollar“ şifrəsinin sirri açıldı

20160802-121558linkTürkiyədə 15 iyul hadisələri vaxtı bir sıra hərbçilərin üzərindən və otaqlarından tapılmış 1 dollarlıq əskinasların sirri açılıb

Lent.az-ın habertürk-ə istinadən xəbərinə görə, məlum olub ki, “F” seriyalı pullar Fətullah Gülənə yaxın olan şəxslərə verilib. Həmin pulların üstündəki seriya nömrələri isə gizli qruplaşma üzvlərinin pasport nömrələrini əvəz edib.

Hərbi çevriliş cəhdinə görə gözaltına alınan şübhəlilərin verdikləri ifadələrə görə, həmin 1 dollarlıqlar ABŞ-da, konkret olaraq Fətullah Gülənin yaşadığı Pensilvaniyada seçilərək kodlaşdırılıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR