FHN yaradılandan sonra heç bir problem qalmayıb?

nazirlikBakıda çoxmərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu proses layihə çərçivəsində Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və 2 il davam edəcək.Onun sözlərinə görə, bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra prosesə nə vaxtdan başlanılacağına qərar veriləcək.  Yetirmişli əlavə edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Bakıda tikilən bütün yeni çoxmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir: “Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir. Ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir” (APA).

Ekpsertlər tərəfindən yeni binaların seysmik davamsızlığının iddia edildiyi materiallar KİV-də tez-tez peyda olur. Əgər bu binalar zəlzələyə tab gətirməyərək çöksə, kim cavabdehlik daşıyacaq? Seymik cəhətdən davamsız olan binaların sakinləri dövlətdən kompensasiya alacaqmı?cms-image-000024378

“Əgər məlum olsa ki, bina zəlzələyə davamlı deyil, söküləcək. Sakinlər bu zaman kompensasiya alacaqlar”, – bunu Kavkaznews.az-a deputat Fazil Mustafa bildirib.

Hüquq müdafiəçisi, “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə,  istismara qəbul aktı verilən binalar hərtərəfli ekspertizadan keçir, o cümlədən də seysmik davamlılıq yoxlanılır. “FHN-in yaradılmasına qədər tikilən binaların seysmiklikskachanny-e-fajly-1-7 problemi ola bilər. Amma FHN yaradılandan sonra tikilmiş binalarda belə problem olmamalıdır. Çünki binalar hərtərəfli ekspertizadan keçirlər”, – deyə Əliməmməd Nuriyev qeyd etdi.

“Amma Bakıda bütöv massivlər, şəhərciklər var ki, onlara istismara qəbul aktı verilməyib, amma məskunlaşıblar. Bu halda sözügedən binalar zəlzələyə tab gətirməzsə, kim onlara görə məsuliyyət daşıyacaq?”, – deyə soruşduq. “Başlıca məsuliyyət sifarişçi və podratçının üzərinə düşür. İnşaata nəzarət etməli olan orqanlar da qanun qarşısında cavab verməlidirlər”, – deyə Ə.Nuriyev Kavkaznews.az-a bildirdi.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR