“Galaxy Note 7” təqdim olundu – FOTO + VİDEO

galer“Samsung” korporasiyası özünün yeni “Galaxy Note 7” smartfonunu təqdim edib.

 Qafqaznews.az xəbər verir ki, İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi məlumata görə, smartfon qara, gümüşü, mavi və qızılı rənglərdə buraxılıb.

Smartfon iki tərəfdən əyilmiş 5,7 düym “Quad HD Super AMOLED” ekranına və “Galaxy 7” ilə analoji kameraya malikdir. Cihaz “Android 6.0.1 Marshmallow” əməliyyat sistemi bazasında çalışır.

“Galaxy Note 7” güclü “Snapdragon 820” prosessoru, barmaq izi texnologiyası və tozdan, nəmdən qorunma funksiyası ilə təchiz olunub. O, 30 dəqiqə suda qala bilir.

Cihaz 64 GB yaddaşa malikdir və əlavə kartla yaddaş 256 GB-a çatdırıla bilər. Operativ yaddaş 4 GB, batareyanın tutumu 3500 mAs-dır. Smartfona “S Pen” elektron qələmi əlavə olunur. “Samsung Galaxy Note 7”nin qiyməti hələlik açıqlanmayıb, lakin ekspertlər 770-800 dollar diapazonunda qiymət müəyyənləşdirilməsini gözləyirlər.

galer-2

galer-3

galer-4

galer-5

galer-6

galer-8

galer-9

galer-10

galer-11

galer-12

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR