“Harri Potter” populyarlıqda “Romeo və Cülyetta”nı üstələyib

5e479846-f952-4c29-babd-62062f803151Coan Roulinqin “Harri Potter və lənətlənmiş uşaq” əsəri uzun müddət Böyük Britaniyada satış lideri olan Uilyam Şekspirin “Romeo və Cülyetta” pyesini populyarlıqda üstələyib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri yazıb.

“Harri Potter” fanatları yeni kitabın satışa çıxarılmasından sonrakı ilk həftə ərzində C.Roulinqin əsərindən 847 886 nüsxə alıb.

Qeyd edək ki, 1998-ci ildə “Penguin Classics” tərəfindən nəşr edilən U.Şekspirin “Romeo və Cülyetta” kitabı ilk həftədə 127 726 nüsxə satılmışdı.

Məlumatda o da qeyd olunur ki, reytinqdə yalnız səhnə üçün olan dram əsərləri (pyeslər) və ya onların quruluşu üçün ssenarilər nəzərə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR