“”İlin dörd fəsli” şirkəti Legion İnformasiya Agentliyini məhkəməyə verə bilməz” AUDİO

AKIFMətbuat Şurasının üzvü Azər Həsrət belə hesab edir

Avqustun 30-da Legion İnformasiya Agentliyinə Nərimanov Rayon Məhkəməsindən məktub gəlib. Həmin məktubda bildirilir ki, “İlin Dörd Fəsli” MMC Legion İnformasiya Agentliyi və jurnalist Rüfət Əhmədzadəyə qarşı şirkətin işgüzar nüfuzuna ziyan vurmaq ittihamıyla iddia qaldırıb.

Şirkət öz iddia ərizəsini onunla əsaslandırır: “Legion.az saytında dərc olunan Abşeronun baş memarı ”Yeni Bakı” binaların çökməsini təsdiqləyir” başlıqlı yazıda Abşeron rayonunun baş memarı Akif Əliyevidən sitat gətirilir: ““Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin ol13720601_263743550665712_1357096009_oduğunu müəyyən etmişik”. Şirkət Akif Əliyevdən xahiş edib ki, bu informasiyanı Legion.az-a hansı hüquqi əsaslarla verdiyini bildirsin. Akif Əliyev isə bildirib ki, o, Legion.Az-a “Yeni Bakı”dakı binalarda çökmə əlamətlərindən məlumatlı olmadığını deyib”.13664345_261503720889695_870250897_n

Şirkət öz iddia ərizəsində bildirir ki, sözügedən məqalə “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna xələl gətirib: “Bir çox vətəndaşlar şirkət rəhbərliyinə müraciət edərək, müqavlilənin ləğvini tələb edib. Düşünürük ki, cavabdehlər bizə dəyən maddi zərəri tamamilə qarşılamalıdırlar”.

Kompensasiya olaraq isə “İlin Dörd Fəsli” MMC Legion İnformasiya Agentliyi və Rüfət Əhmədzadədən 243  min 367 manat tələb edir. Bununla yanaşı xatırladaq ki, “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqləyir” başlıqlı yazı Legion.az saytında bu ilin 15 iyul tarixində dərc olunub.

Məqalədə “Yeni Bakı” yaşayış kompleksindəki bəzi binalarda çatların müşahidə olunmasıyla bağlı sakinlərin müraciəti işıqlandırılıb. Məqalədə həqiqətən də Akif Əliyevdən aşağıdakı sitat gətirilib: “Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik”.

mTHgjzUQ-1“Bəli, mən Rüfət Əhmədzadə ilə müsahibə zamanı həqiqətən də demişəm ki, “Yeni Bakı”  şəhərciyindəki vəziyyətlə tanış olmuşam. Mən binalarda çatların olduğunu da demişəm. Amma çökmə əlamətləriylə bağlı heç nə deməmişəm. Mən bunu necə müəyyən edə bilərdim? Mən layihə memarıyam, geoloq və ya konstruktor deyiləm ki, çökmənin olub-olmadığını müəyyən edim”, – deyə Akif Əliyev Kavkaznews.az-a bildirib.

Əliyevin sözlərinə görə, o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edə bilər: “Mən vətəndaşların müraciəti əsasında o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə müraciət etdim. Agentliyin mütəxəssisləri dedilər ki, bu işlə məşğul olurlar. Onlar dedilər ki, bu məsələ ilə bağlı rəyimizi hazırlayırıq”.

Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmisiniz?” – deyə soruşduq. “Yox, bu mənim işim deyil”, – deyə Abşeronun baş memarı cavab verdi. Junalist Rüfət Əhmədzadə bizə bildirdi ki, o, Akif Əliyevin sözlərini təhrif etməyib: “Akif Əliyev həqiqətən də deyib ki, “Yeni Bakı”dakı binalarda çökmə əlamətləri var. Müsahibənin səs yazısını məhkəməyə təqdim etməyə hazıram”.

Biz jurnalist Rüfət Əhmədzadənin Legion İnformasiya Agentliyi tərəfindən bizə təqdim olunmuş Akif Əliyevlə müsahibəsinin səs yazısını dinlədik. Qeyd edək ki, müsahibə zamanı Akif Əliyev həqiqətən də bildirib ki, “Yeni Bakı” yaşayış kompleksindəki binalarda “çökmə əlamətləri var”.

Akif Əliyev FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə müraciət etdiyini də deyib. Biz öyrənmək istədik, FHN bu müraciəti araşdırıbmı? “Akif Əliyev bizə “Yeni Bakı”dakı binalarla bağlı müraciət göndərməyib”, – deyə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin ümumi şöbəsinin əməkdaşı Gülnar Hüseynova bildirdi. Abşeronun baş memarı sonrakı telefon söhbətində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə məktubla müraciət etmədiyini dedi: “Mən onlara sadəcə zəng etmişəm”.

“Mən sizin Rüfət Əhmədzadəyə verdiyiniz müsahibənin səs yazısını dinlədim. Orda siz həqiqətən də deyirsiniz ki, “Yeni Bakı”dakı binalarda çökmə əlamətləri var, – deyə qeyd etdik. “Mən bunu deməmişəm. Sizinlə danışmağa vaxtım yoxdur. Vətəndaşları qəbul edirəm”, – deyə A.Əliyev dəstəyi asdı.siaphoto_556109

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin fikrincə, əgər Legion İnformasiya Agentliyində Akif Əliyevlə müsahibənin səs yazısı varsa, o zaman digər tərəf sadəcə bu açıqlamaya öz münasibətini bildirə bilər. “Bu halda şirkətin məhkəməyə müraciət etməyə heç bir əsası yoxdur. Mən “İlin Dörd Fəsli” şirkətinə tövsiyə edərdim ki, Legion İnformasiya agentliyinə Akif Əliyevin sözləriylə bağlı öz münasibətini göndərsin”, – deyə A.Həsrət vurğuladı.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki,  MMC Legion İnformasiya Agentliyini məhkəməyə verə bilməz, çünki agentlik sadəcə Abşeronun baş memarı Akif Əliyevin fikrini dərc edib.

5A43E63D-FB73-49E2-9748-933841838C65_mw1024_mh1024_s“Əgər Legion İnformasiya Agentliyi Akif Əliyevin sözlərini təhrif edibsə, o zaman Akif Əliyev özü məhkəməyə müraciət edib iddia irəli sürə bilər ki, “agentlik onun adından yalnış məlumat verib”. Amma “İlin Dörd Fəsli” şirkəti başqalarının sözlərinin təhrifinə görə məhkəməyə müraciət edə bilməz”, – deyə A.Əliyev vurğuladı.

Mahmud Suanlı

Kavkaznews.az

  DİGƏR XƏBƏRLƏR