İribuynuzlu heyvan qəzaya səbəb oldu – bir yaralandı – VİDEO

СнимокBu gün səhər saatlarında Şəkidə yol qəzası baş verib

Kanal S (Region TV) xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Məhəmməd İsmayılovun idarə etdiyi yük avtomobili kənd sakini Bayram Əhmədovu vurub.

Yaralı sürücünün köməyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin olaraq ona sağ bazu sümüyü və dirsək oynağının əziyi diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yük maşının qarşısına çıxan inək səbəb olub.

Fakt araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR