Jurnalistlər müharibə şəraitində necə davranmalıdır? – VİDEO – FOTO

4Ölkəmizdə ilk dəfə reallaşdırılan ekstrimal situasiyalarda çalışan media nümaynədələrinin peşə hazırlığı layihəsi çərçivəsində jurnalistlər şərti döyüş zonasında olublar.
Təlim poliqonunda bölüyün düşmən mövqeyinə hücumu, hərbi texnikaların döyüş meydanına gəlişi nümayiş olunub. Şərti döyüş meydanına media nümayəndəsinin hansı mövqedə durması və onun döyüşü necə izləməsi peşəkar ekspertlər tərəfindən jurnalistlərə izah edilib. Münaqişə zamanı düşmən səngərinin tutulması, yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi zamanı xəbər hazırlayan repartyorun hansı mövqedə dayanmasından danışılıb. “Çöl şəraitində, müharibə şəraitində nə ilə qidalanmağın, hansı vasitələrdən istifadə etməyin yolları öyrədilib” deyə media nümayəndəsi Nurlan Qurbanov bildirib. Təlimlər zamanı jurnalistlərə hərbi hissənin gündəlik xidmət rejimi, döyüş hazırlığı, təhlükəli ərazidə hərbi texnikaların manevri zamanı onlardan necə istifadə etmək kimi qaydalar öyrədilib. Layihənin əsas məqsədi, media nümayəndəsinin münaqişə bölgəsində sağ qalmasını təmin etməklə maksimum məlumat toplamasına yönəlib. “Layihəni keçirməkdə məqsəd media nümayəndələrinə döyüş, savaş jurnalistikasını öyrətməkdir. Ona görə də təlimlər birbaşa cəbhə zonasında keçirilir” deyə layihənin rəhbəri Əlisəfa Mehdiyev bildirib. “Dinc Dünya”Araşdırma Mərkəzi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə davam edən “Ekstremal Jurnalistlərin Poliqon Təlimləri” layihəsinin davamlı keçirilməsi nəzərdə tutulub. (Region TV)


1

2

3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR