Konte: “İbrahimoviç “Mançester Yunayted”lə çempion ola bilməyəcək”

70959“Çelsi”nin baş məşqçisi Antonio Konte ölkə çempionu olmaq şansları haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə Premyer Liqasının qalibi ola biləcəklərini deyib:

“Yuventus”u çalışdırdığım 2011/12 mövsümündə çoxu bizi favorit görmürdü. Hamı düşündür ki, biz 6-7-ci yeri tutacağıq. Ancaq biz çempion olduq. Həmin vaxt Zlatan İbrahimoviç “Milan”da çıxış edirdi. Ümid edirəm ki, tarix təkrarlanacaq. İbrahimoviç bu dəfə “Mançester Yunayted”lə çempion ola bilməyəcək, bizə isə qalib olacağıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR