Məktəb həyətində villa tikən DSMF işçisi: “O mülkü şəxsi pulumla tikdirmişəm” FOTO

 nazirYusif Hacıyev: “Təhsil Nazirliyi Akif Abdullayevin məktubu əsasında məni məhkəməyə verdi, amma uduzdu”

Avqustun 12-də Qafqaznews.az saytında “Məktəb həyətində villa tikməyə icazəni İbrahim Mehdiyev verib? ” başlıqlı yazı dərc olunub və həmin yazıda Xətai rayonu Mehmandarov küçəsində 263 saylı məktəbin həyətində tikilən villalardan sö13220021_994142310652011_1804001065_n-1-1-3z açılıb. Araşdırmalarımız nəticəsində müəyyən olub ki, həmin ərazidəki villalar 10 ildən artıq mövcuddur. Xətai RİH-in bu villalardan məlumatlı olub-olmadığını aydınlaşdırmaq məqsədilə,Qafqaznews.az Xətai RİH başçısının müavini Zaməddin Əkbərov ilə əlaqə saxlamışdı.1-3-2

Zaməddin Əkbərov hələ avqustun 12-dən bunu araşdıracağını desə də, hələ indiyə kimi, Xətai RİH-dən heç bir açıqlama ala bilməmişik. Onun sözlərinə görə, bu villaların tikildiyi dövrdə, məhz 2000-2006-cı illərdə Xətai RİH-ə hazırda Yasamal RİH başçısı olan İbrahim Mehdiyev rəhbərlik edib. Qafqaz Xəbər Agentliyinin öyrəndiyinə görə, əslində hələ 3 il əvvəl Xətai RİH-ə 263 saylı məktəbin ərazisinin zəbt olunması ilə bağlı məlumat və hətta təlimat verilib – həm də Xətai RİH-in tabe olduğu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən.

2013-cü ildə Bakı ŞİH-in baş memarı vətəndaşların şikayəti əsasında məsələni araşdırmış və müəyyən etmişdi ki, Yusif Hacıyev adlı şəxs bələdiyyədən aldığı torpaq sahəsindən kənara çıxaraq, 263 saylı məktəbin ərazisini zəbt edib.

5ffb7d7827358525bbd9dc1cf0b10de03e0a315414b7-1-1Məsələ ilə bağlı Akif Abdullayev 2013-cü ilin fevral ayından oktyabr ayına qədər dəfələrlə Xətai RİH-in başçısı Razim Məmmədova məktub göndərərək tədbir görməsini tələb edib, lakin görünən odur ki, bu məktubların bir nəticəsi olmayıb. 2013-cü il fevralın 20-də Bakı şəhərinin baş memarı Akif Abdullayev Xətai RİH başçısı Razim Məmmədova məktub göndərib.

Məktubda bild1-1-2irilir ki, Xətai Rayon Bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli qərarı ilə, Yusif Hacıyev adlı vətəndaşa şəxsi yaşayış evi tikintisi məqsədi ilə Mehmandarov küçəsindəki 76 saylı binanın yanında 140 kvadrat metr torpaq sahəsi ayrılıb. Məktubda vurğulanır ki, tikinti zamanı Yusif Hacıyev yaxınlıqdakı torpaq sahəsini də zəbt edib. Bakı ŞİH-in baş memarı Yusif Hacıyevlə bağlı tədbirlər görülməsini Xətai RİH-dən tələb edib.

Daha sonra 2013-cü ilin aprel ayın 15-də daha bir məktub göndərilir və tədbir görmək tələb olunur, bu məktub nəticəsiz qalır. Vətəndaşların təkidi ilə üçüncü və sonuncu məktub 2 oktyabr 2013-cü ildə göndərilir və bununla da məsələ “bağlanır” (məktubların fotosurətini yazıya əlavə edirik). Olmaya, Bakı ŞİH-lə Xətai RİH arasında məktublaşma adət-ənənəsi elə bundan ibarətdir? Sadəcə vətəndaşların gözündən pərdə asmaq üçündürmü bunlar?

Photo0011-2Təəssüf ki, bununla bağlı Bakı ŞİH-in aparat rəhbəri Rasim Quliyevin köməkçisi də bizə araşdırma aparılacağını bildirmiş, növbəti gün isə “Rasim müəllim məzuniyyətə çıxıb, sentyabrda bu məsələ ilə məşğul olacaq” demişdi. Maraqlıdır, görəsən, Bakı ŞİH-in tələbinin yerinə yetirilmədiyinə görə, Xətai RİH-də kim məsuliyyət daşıyır? Yaxud, sənədli-sənədsiz villa sökməklə arası yaxşı olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəb həyətində villa tikilməsinə hansı səbəblərə görə tolerantlıq göstərir? Biz bu və digər suallarımıza hələ də cavab almaq ümidindəyik…

Araşdırma zamanı, adıkeçən Yusif Hacıyevin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər rayonunda məsləhətçi işlədiyini öyrəndik. Bundan əvvəl Qafqaz Xəbər Agentliyinin nəzdindəki Kavkaznews.az-a danışan Yusif Hacıyev məktəb həyətini zəbt etmədiyini və iddiaların əsassız olduğunu demişdi. Avqustun 20-də dərc olunmuş “Məktəb həyətində villa tikən məmur danışdı” başlıqlı yazıdan sonra, bir sıra oxucular redaksiyamıza zəng edərək, bu araşdırmanı davam etdirməyi xahiş etdilər.

Oxucularda sual yaranıb ki, DSMF-nin işçisi, sıravi dövlət qulluqçusu olan Yusif Hacıyev hansı imkanlarla o üçmərtəbəli villanı inşa etdirib? Qeyd edək ki, sözügedən ərazidə 100 kvadrat metrlik boş torpaq sahəsinin qiyməti ən az 150 min manatdır. Biz oxucuların xahişini nəzərə alaraq, Yusif Hacıyevlə əlaqə saxladıq. Y.Hacıyev uzun illərdir bəzi qonşular tərəfindən qərəzli yanaşmaya məruz qaldığını və ona böhtan atıldığını da vurğuladı.

Biz isə sadəcə bir suala cavab almaq istədiyimizi bildirdik. “Oxucularda sual yaranıb ki, dövlət işçisi o üçmərtəbəli mülkü hansı pulla tikdirib?” – deyə soruşduq.  “A kişi, sən məni tanıyırsan?” – deyə qarşı tərəf əsəbiləşdi. “Mən “siz”lə danışıram, mənə “sən” deməyin…Sadəcə, sualımıza cavab verərsiydiniz, minnətdar olardıq” – deyə xahiş etdik.

“Gələrəm, danışarıq da”, – deyən DSMF məsləhətçisinə başa saldıq ki, biz hər məsələyə görə insanlarla üzbəüz görüşsək, məqalə yazmağa vaxtımız qalmaz. Yusif Hacıyev sualımıza qeyri-adi tərzdə cavab verdi: “Mənim 62 yaşım var, uzun illərdir dövlətə qulluq edirəm. Ağcabədidəki evimi satıb gəlmişəm, orda kənd təsərrüfatı sahəsində işləmişəm. Mən qeyri-adi insanam, müstəqil fikirli adamam… Hökumətin tərəfindəyəm, hər zaman dövlətimə xidmət etmişəm”.“Yəni, siz o üçmərtəbəli evi şəxsi pulunuzla tikmisiniz?”, – deyə bir daha dəqiqləşdirmək istədik. “Bəli, şəxsi pulumla tikmişəm”, – deyə Y.Hacıyev cavab verdi.Photo0018-2

“Birinci mərtəbədə kafe və ya digər iaşə obyekti yoxdur?”, – deyə soruşduq. “Xeyir, yoxdur”, – deyən Yusif Hacıyev daha sonra Akif Abdullayevin məktubu ilə də bağlı danışdı: “O vaxt 2013-cü il idi, indi 2016-cı ildir. Üstündən bilirsiniz nə qədər keçib? O vaxt Təhsil Nazirliyi məni məhkəməyə verdi, Xətai Rayon Məhkəməsi mənim xeyrimə qərar çıxardı. Ondan sonra iddialarını geri çəkdilər. Elmir adlı hüquqşünas vardı, o başlamışdı bu işi, sonra onu da vəzifəsindən çıxardılar”.

Təhsil Nazirliyi ilə Yusif Hacıyev arasında həqiqətən də məhkəmə çəkişməsi olubmu? Bu istiqamətdə araşdırmamız davam edir…

P.S.: Görəsən, Yusif Hacıyevlə həmyaşıd olan, 30-40 il Azərbaycan elminə və təhsilinə xidmət edən şəxslərin də milyonlarla manat dəyərində olan villalar tikdirməyə “şəxsi pulu” çatırmı?

 Rüfət Əhmədzadə
Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/08/x-tai-rih-v-t-hsil-nazirliyi-m-kt-b-h-y-tinin-z-btini-ort-bastir-edir/
http://qafqaznews.az/2016/08/m-kt-b-h-y-tind-villa-tikm-y-icaz-ni-ibrahim-mehdiyev-verib-arasdirma/
http://qafqaznews.az/2016/08/hacibala-abutalibovu-x-tai-rih-d-ciddiy-almirlar-arasdirma-fotolar/
http://qafqaznews.az/2016/08/m-kt-b-h-y-tind-villa-tik-n-m-mur-danisdi/

 

1-1-2 1-2-2 1-4
5ffb7d7827358525bbd9dc1cf0b10de07fed03f503ba
Photo0024 Photo0023 Photo0022 Photo0021 Photo0020 Photo0019 Photo0018 Photo0017 Photo0016 Photo0015 Photo0014 Photo0013 Photo0012 Photo0011 Photo0018 Photo0011


5ffb7d7827358525bbd9dc1cf0b10de08199a99a3e46
5ffb7d7827358525bbd9dc1cf0b10de07fed03f503ba 5ffb7d7827358525bbd9dc1cf0b10de03e0a315414b7 5ffb7d7827358525bbd9dc1cf0b10de0d6df5d93c009 5ffb7d7827358525bbd9dc1cf0b10de0748c190a4fc5

5ffb7d7827358525bbd9dc1cf0b10de016a3ace4163e 5ffb7d7827358525bbd9dc1cf0b10de08199a99a3e46

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR