Məmuru qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib

c7c69b915d733066a754fa6784a32d4fBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş materiallarındakı sənədlərin tədqiqi davam etdirilib, ekspertiza sənədləri elan edilib. Proses avqustun 12-də davam etdiriləcək.

Qeyd edək ki, qətl 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalasının oğludur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR