“Mənə böhtan atıblar”

IMG_2035-1Avqustun 26-da Qafqaz Xəbər Agentiyinə Bakı sakini Yusif Hacıyev müraciət edib. Bununla yanaşı, xatırladaq ki, son günlərdə KİV-də Yusif Hacıyevi 263 saylı məktəbin ərazisini zəbt etməkdə ittiham edən yazılar sıx-sıx dərc olunur. Y.Hacıyev ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. “Mən çətin həyat yaşamışam. Amma bu çətinlikləri şərəflə keçmişəm. 1998-ci ildə mən Bakıya köçdüm, Məşğulluq Mərkəzində işə düzəldim. Ondan sonra isə Sosial Müdafiə Fondunda işə düzəldim”, – deyə Y.Hacıyev qeyd edib.IMG_2035-1

Onun sözlərinə görə, qonşuluqda yaşayan Qasımov qardaşları onu müxtəlif KİV-lər vasitəsilə şərləməyə, 263 saylı mətkəbin ərazisinin zəbtində ittiham etməyə çalışırlar. “Bu, tamamilə yalandır”, – deyə Y.Hacıyev Kavkaznews.az saytına bildirib.

O, heç vaxt özgə mülkiyyətini zəbt etmədiyini bildirib. “Qanunun tələblərinə uyğun olaraq, mən Xətai Bələdiyyəsinə müraciət etdim. 727bd7de-48e3-4371-a953-cc23aa2f0e2fBələdiyyə Mehmandarov küçəsi 76 ünvanında mənə torpaq sahəsi ayırdı və qanuni şəkildə o torpaq sahəsini aldım”, – deyə Y.Hacıyev vurğulayıb.

Y.Hacıyev həmin torpaq sahəsində ev tikmək üçün Bakıdakı mənzilini və rayondakı evini satdığını qeyd etdi. “Qasımov qardaşlarından Ramil adlı birisinin əlilliyi var, gözdən qüsurludur. Atası ona ailəsini saxlamaq üçün obyekt qoyub. Lak1428471903_vin qardaşlardan böyüyü Aqil Qasımov hər şeyi öz əlinə alıb. Bu şəxs mühafizə polisində işləyir. Obyekti də müxtəlif sahibkarlara icarəyə verib”, – deyə Y.Hacıyev bildirib.

“Onlar sizə niyə böhtan atsın ki?”, – deyə soruşduq. “Məsələ ondadır ki, böyük qardaş düz obyektin üstündə “Bakcell” antennası qoymaq istəyirdi. Amma bu, insanların sağlamlığına zərərlidir. Mən və digər qonşular e833fe98c-b277-4572-b0e4-2f20624e9ceatiraz etdikdə isə Aqil Qasımov mənə qarşı kampaniyaya başladı”, – deyə Y.Hacıyev cavab verdi.c16087e3-639b-4b35-bc5c-cb0576d35156

Y.Hacıyevin Kavkaznews.az-a dediyinə görə, Aqil Qasımov onu məktəb ərazisini zəbt etməkdə günahlandırmağa başlayıb. “Aqil haralara şikayət etməyib… Baş Prokurorluğa da, Ombudsman Aparatına da yazıb. Amma bu informasiya öz təsdiqini tapmadığına görə, mənə qarşı mübarizədə başqa yol seçib. Aqil Qasımov mənim adımdan müxtəlif instansiyalara məktub yazdı. DİN-ə adımdan məktub yazaraq, polislərimizdən şikayət etdi. Səhiyyə Nazirliyinə isə yazmışdı ki, guya mən anti-sanitariya tələblərini pozmuşam. Amma bütün bunlar yalandır. Bu şikayətlərin mənə aidiyyatı yoxdur”, – deyə Y.Hacıyev əlavə edib.

Yusif Hacıyev mətbuat vasiətsilə DİN rəhbərliyinə də müraciət edib: “Mən daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, DİN əməkdaşı adına kölgə salan Aqil Qasımovla bağlı tədbir görsün”.

 Sənan Məmmədli

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR