Onlayn tanış olduğu sevgilisini aeroportda 10 gün gözlədi – FOTO

styeutiu_4786768Sevginin insanı incitdiyi məlumdur, Çində isə aşiq olmuş bir holland kişinin sevgisi hətta onu xəstəxanaya salıb.41 yaşlı Alexander Pieter Cirk bu yaxınlarda onlayn tanış olduğu Zhang adlı çinli sevgilisini görmək üçün Hollandiyadan Human əyalətinə uçub.
Lakin o, Changsha hava limanında yeni sevgilisini 10 gün gözləməli olub. Sevgilisi gəlməsə də o, Çində müəyyən rəğbət qazanıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Cirk Çin televiziyasına bildirib ki, o, 26 yaşlı Zhang-la iki ay bundan əvvəl onlayn proqram vasitəsilə tanış olub və aralarında sevgi yaranıb.
O, sevgilisini görmək üçün Çinə uçmağı qərara alıb, lakin Human əyalətinə çatanda onu qarşılamağa heç kim gəlməyib.
O, 10 gün ərzində aeroportu tərk etməkdən imtina edib və sonda fiziki yorğunluğa görə xəstəxanaya aparılıb, Human televiziyasının məlumatında deyilir.
Xəbər efirə gedəndən bir gün sonra televiziya ilə əlaqə saxlayan Xanım Zhang bildirib ki, o, bütün bunların zarafat olduğunu zənn edib.
“Bizim aramızda sevgi yaranıb, lakin son vaxtlar o mənə qarşı laqeyd idi,” xanım Zhang Human TV-ə bildirib.
“Bir gün o qəfildən mənə təyyarə biletinin şəklini göndərdi, elə bildim zarafat edir. Daha sonra o mənimlə əlaqə saxlamayıb”.
Xanım Zhang əlavə edib ki, cənab Cirk hava limanına gələnəcən o, plastik əməliyyat üçün başqa əyalətə gedib və telefonunu söndürüb.

“Bilmir ki, Çində hər şey saxtadır?”

Çin sosial mediasında istifadəçilərin əksəriyyəti kişinin absurd hərəkətinə diqqəti yönəldib.
“Xarici şəxs onlayn sevgilisini görmək üçün Changsha-ya gedib” həştəqi Weibo mikro-bloqqinq saytında trendə çevrilib.
“O yəqin ki axmaqdır, axı niyə belə hərəkət edib?” istifadəçilərdən biri soruşur.
“Bilmir ki, Çində hər şey saxtadır?” digəri deyir.
“Bəlkə də qız aeroporta gedib onu görəndən sonra dərhal geri qayıdıb,” başqa bir istifadəçi güman edir.
Bəzilərində isə kişiyə rəğbət yaranıb.
“Bu adam münasibətlərə ciddi yanaşır, onun hissləri ilə oynamır,” netəndaşlardan biri deyib. “Əgər ondan xoşun gəlmirsə, bunu ona de, çıxıb getsin evinə”.
Cənab Cirk bu həftənin əvvəli evinə geri qayıtmağı planlaşdırır.
Zhang deyib ki, sağaldıqdan sonra onu görmək istəyər və hələ də əlaqələrinin saxlanmasında maraqlıdır.

styeutiu_4786768 nintchdbpict000256016907 nintchdbpict000256016906 nintchdbpict000256016905 160802141459_dutch_624x351_weibo_nocredit styeutiu_4786768 160802141423_dutch_512x288_weibo_nocredit

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR