“Pokemon Go”dan müdhiş rekord: 1 milyarddan çox yüklənmə!

222f5fda254f5f09ef87762376e0e2abİyulun 6-da istifadəyə verilmiş populyar “Pokemon Go” mobil oyunu rekordlara imza atmağa davam edir.

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, oyun bir aydan az bir müddətdə 1 milyard dəfə yüklənmə sərhədini aşıb.

İyulun sonlarına yaxın cəmi 75 milyon yüklənmə olduğunu nəzərə aldıqda, online oyunun inanılmaz sürətlə populyarlaşması aydın olar. “App Annie” analitik şirkəti oyunun tərtibatçıları olan “Niantic” və “The Pokemon Company”nin gündə 10 milyon dollar qazandıqlarını açıqlayıb.

Qeyd edək ki, “Pokemon Go” iyulun 6-da ABŞ, Avstraliya və Yeni Zelandiya istifadəçilərinin ixtiyarına verilib. Oyun “iOC” və “Android” bazasındakı mobil cihazlar üçün nəzərdə tutulub. Lakin artıq “Windows” bazasındakı cihazlara da yükləmək olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR