Qırğızıstan paytaxtında partlayış

cf714202a55685614a8d0ac9d82fbfb2İntiharçı tərəfindən idarə olunan avtomobil Qırğızıstan paytaxtı Bişkekdə yerləşən Çin səfirliyinin önündə partlayıb, rəsmilər bildirir.

Lent.az-ın BBC-yə istinadən məlumatına görə, intiharçı həlak olub və hamısı qırğız olan üç səfirlik əməkdaşı yaralanıb, baş nazirin müavini Jeniş Razakov bildirib.

Çin səfirliyinin təhlükəsizlik xidmətinin rəisi yerli AKİpress xəbər agentliyinə bildirib ki, Çin vətəndaşlarından heç kim xəsarət almayıb.Sosial mediada binadan tüstünün çıxdığı görünüb.

Avtomobilin səfirliyin darvazalarını qıraraq səfirin yaşadığı mənzilə yaxın partladığı bildirilir.”Partlayış nəticəsində sadəcə intiharçı terrorist ölüb. Təhlükəsizlik xidmətinin əməkdaşları yaralanıb,” cənab Razakov jurnalistlərə bildirib. Çin səfirliyi ilə yanaşı, yaxınlıqdakı Amerika səfirliyinin əməkdaşları da köçürülüb.

Qırğızıstan təhlükəsizlik rəsmiləri hadisə yerində təhqiqat aparır. Qırğızıstan hökuməti 2015-ci ildə Bişkekdə bir neçə anti-terror əməliyyatlarını həyata keçirib. Rəsmilərin bildirdiyinə görə, təxminən 500 qırğızın Suriya və İraqdakı özünü İslam Dövləti adlandıran quruplaşmaya qoşulduğu güman edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR