Referendumqabağı təşviqat bu həftə başlayır

cbf15e4c-35c1-47b5-be3d-8a6fbbe4d133_292Azərbaycanda bu həftənin şənbə günü – sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq

“Report”un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış – sentyabrın 3-də başlanacaq və səsvermənin başlanmasına 24 saat qalanadək – sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyyası üç – “Yeni Azərbaycan”, “Bələdiyyə” və Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR