Respublikanın çay və transsərhəd çaylarında sululuq səviyyəsi açıqlandı

River_020209Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında sululuq səviyyəsi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublikanın çaylarında əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 120-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-95 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 9,5 m3/s təşkil edərək ongünlük normanın 6 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 9, Bankədə 2, Salyanda 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2015-ci il avqustun 05-də 323 sm), Salyanda 157 sm (2015-ci il avqustun 05-də 90 sm), Bankədə 187 sm (2015-ci il avqustun 05-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2015-ci il avqustun 05-də 43 sm) təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR