Salyanda mikroavtobus aşıb, 10 nəfər yaralanıb – SİYAHI

37a5b4de-a0b0-44da-84fc-0274d46033c1Salyan rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə zamanı Nefçala rayon sakinləri 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova, 28 yaşlı Taleh Əfqan oğlu Abdullayev, 32 yaşlı İbrahim Məzahir oğlu Cəfərov, 56 yaşlı Rövşən Əhməd oğlu Səlimov, 53 yaşlı Nərminə Həsənqulu qızı Səlimova, 43 yaşlı Zaur Rasim oğlu Məmmədov, 23 yaşlı Şəhla Elxan qızı Kərimova, 24 yaşlı Şəfa Məhərrəm qızı Ağayeva, 62 yaşlı Məlahət Əlixan qızı Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Tərlan oğlu Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan “Report”a bildirilib ki, xəsarət alanların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriləcək: “Xəstələrdən birinin vəziyyəti orta ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan-Neftçala xətt marşrutu üzrə gedən “Ford” markalı mikroavtobus hərəkətdə olarkən qarşısına inək çıxıb. Nəticədə mikroavtobus idarəetməni itirərək aşıb.

3f765786-81d4-496f-b25f-48737fc80041 60f4d10f-9de0-49bb-bce7-f837cadce03e 64740a65-5183-4762-95f3-fc660c20fbea d843e933-b791-49b0-bfb5-191ec918f49e

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR