“Sarkisyan şou göstərir” – VİDEO

mitinq -2Ermənistan hakimiyyəti nə etmək istəyir?
Ermənistan prezidentinin son bəyanatları göstərir ki, bu ölkədə baş verənlər siyasi şoudur.
Politoloqların fikrincə, Serj Sarkisyan yaranan vəziyyətdən istifadə edərək, danışıqları yubatmaq və öz hakimiyyətini möhkəmləndirmək istəyir.
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsindəki vəziyyəti bəhanə edərək, Rusiya və digər həmsədr ölkələrdən əlavə güzəştlər gözləyir. Bu güzəştlər danışıqlarla bağlı müəyyən qərarların yubadılması xarakterli də ola bilər.
Politoloq Rasim Müsabəyovun fikrincə, Ermənistan rəhbərliyinin son bəyanatlarına bu prizmadan yanaşılmalıdır: “Özünə əlavə Rusiya tərəfindən təminatlar qopartmaq, o biri tərəfdən isə, milli barış hökuməti ad altında əslində öz komandasında təmizləmə əməliyyatı aparmaq. Nə dərəcədə bu hadisələrdən sonra Serj Sarkisyan danışıqlarda konstruktiv mövqe tutacaq. O, əslində sınaqdan keçirilməlidir”.rasim
Hazırkı mərhələdə danışıqlar ətraf rayonların qaytarılması, Dağlıq Qarabağa müvəqqəti və ya keçid statusunun verilməsi istiqamətində aparılır.
Rasim Musabəyov buna görə də Ermənistan rəhbərliyinin son açıqlamalarının heç bir məntiqlə uzlaşmadığını deyir: “Vacibdir ki, o işğal olunmuş rayonlardan erməni qüvvələrin çıxarılması müqavilində Azərbaycan müəyyən öhdəliklər götürür və öhdəlik gücdən istifadə olunmamaqla bağlıdır. Bunların hamısı iki tərəfli güzəştlərdir. Bu şəkildə əslində o konfilektin həllinə doğru müəyyən irəlləyiş təmin etmək mümkündür”.
arzuPolitoloq Arzu Nağıyevsə Ermənistanda baş verənlərin siyasi şou təsəvvürü yaratdığını deyir. Məqsəd Serj Sarkisyannın hakimiyyətini qorumaqdır. Hadisələrin ilkin məqamında başqa tələblər səsləndirilsə də sonradan Dağlıq Qarabağla bağlı məsələlərin gündəmə gətirilməsi də rəsmi Yerevanın əsl niyyətini üzə çıxarır: “Ermənistan hakimiyyəti bununla göstərmək istəyirdi ki, bizdə demokratiya da var, dırnaqarası demokratiya. Eyni zamanda biz Dağlıq Qarabağ münaqişəsində hər hansı bir güzəştə getsək məhz xalq burda çevriliş edə bilər. Əsas məqam bundan ibarətdir. Bunun hamısı gözlənilən idi. Yəni bu gün öz hakimiyyətini qorumaq üçün Sarkisyan belə siyasi şoularnan məşğuldur”.
Sarkisyanın başısoyuq bəyanatları xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etmək istəyən həmsədrlərin işini çətinləşdirə bilər.
Arzu Nağıyev bütün bunlara baxmayaraq, rəsmi Bakının sülh danışıqlarında israrlı olduğu deyir. Politoloqun fikrincə, Rusiya-Türkiyə münasibətlərindəki normallaşma da prosesə müsbət təsir edə bilər. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR