Suriyada daha 10 kənd İŞİD-dən təmizləndi

jet_turkeyAzad Suriya Ordusu Carablusda 10 kəndin daxil olduğu 400 kilometr ərazini terrorçulardan təmizləyib.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada “Fərat Qalxanı” adı altında əməliyyatlara başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR