Turist səhvən Almaniyadan sığınacaq istəyib

pic_647a807896b4e14de1e1912b5951acf2O, İtaliya və Fransada olmağa hazırlaşırdı.

Almaniyada səyahət edən çin turisti, səhvən ölkədən sığınacaq istəyib.

Oxu.Az bu barədə BBC News-a istinadən xəbər verir.

Adı bildirilməyən 31 yaşlı səyahətçi Ştutqart polisinə pul qabının itməsinə dair xəbər vermək istəyib, amma alman və ingilis dilini bilmədiyi üçün mühacir qismində qeydiyyatdan keçib.

Bundan sonra kişinin barmaq izlərini götürüb Şengen vizası olan pasportunu alıblar, o həmçinin tibbi müayinədən də keçib. Daha sonra səyahətçini Dortmunda mühacirlər üçün olan yataqxanaya göndəriblər.

Sığınacaqda çinliyə yemək və cib xərci verilib, o, təxminən iki həftə orada qalıb. Bu müddətin sonuna Qırmızı Xaçın işçisi Kristof Şlütermanın diqqətini onun digər mühacirlərdən fərqləndiyi çəkib.

Turistlərlə danışıqdan sonra onun xaricə getmək istədiyini və İtaliya, eləcə də Fransada olmaq istədiyini bildirib.

Bir neçə uğursuz cəhddən sonra turistin səhvən qeydiyyatdan keçməsi ilə bağlı problem həll edilib. Pasportu geri qaytarılıb, çinli turist Avropa turuna davam edib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR