Türkiyə: “2023-ə qədər AB-yə üzv olmaq istəyirik”

img2170658Biz 2023-cü ilə qədər Avropa Birliyinə üzv olmaq istəyirik.
Axar.az xəbər verir ki, bunu Almaniyanın “Die Velt” qəzetinə müsahibəsində Türkiyənin Avropa Birliyindəki daimi nümayəndəsi Səlim Yenel söyləyib. Onun sözlərinə görə, AB-yə üzvlük Türkiyə üçün ali nəticə olardı:
“Hazırkı zamanda üzvlük üçün şərait o qədər də ürəkaçan deyil, amma bu, tez bir zamanda dəyişə bilər. Hazırda AB ilə Türkiyə arasında dərin inamsızlıq mövcuddur. Biz Avropa Birliyinin bir müddət öncə türklərə qarşı viza rejiminin ləğvi ilə bağlı imzalanmış müqaviləyə sadiq qalacağına ümid edirik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR