Türkiyə bu ölkədə 6 minlik kəşfiyyat yaradıb

img2171758Almaniya Federal Məclisinin Nəzarət Komitəsi Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Almaniyada qanunsuz fəaliyyətlə məşğul olduğunu iddia edib.
Axar.az xəbər verir ki, MİT-in ölkədə “inanılmaz gizli fəaliyyət” göstərdiyini açıqlayan komitə rəsmi Ankaradan izahat tələb edib.
Komitə nümayəndəsi Hans-Kristian Ströbele məsələnin tətildən sonra parlamentin gündəliyinə salınacağını deyib.
“Velt am Sonntaq” qəzetinin məlumatına görə, MİT-in Almaniyadakı gizli fəaliyyəti dövlət rəsmilərinə çoxdan məlumdur. Hətta Türkiyə kəşfiyyatı bir neçə il bundan qabaq Almaniyada 6 min nəfərdən ibarət kəşfiyyat şəbəkəsi yarada bilib.
Xatırladaq ki, MİT Almaniya Xarici Kəşfiyyat Dairəsindən (BND) Gülən hərəkatı ilə bağlı yardım istəyib. Bu məqsədlə xaricə qaçan gülənçilərin təqib edilməsi üçün 40 nəfərin adı BND-yə göndərilib. Lakin başda Şimali Reyn-Vestfaliya, Hessen və Saksoniya olmaqla 11 əyalət MİT-in təklifini rədd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR