Türkiyənin İsveçrədəki səfiri vəfat edib


2e287e5e-1380-490b-a81b-ade7477eff7c_292Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük vəfat edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb. O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR