“Twitter” 235 min akkauntu bağlayıb

twitter_23475767“Twitter” sosial şəbəkəsinin rəhbərliyi 2016-cı ilin fevralından 235 min akkauntu terrorizmin təbliğatı ilə bağlı əlaqədar bağlayıb.

Qafqaznews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin korporativ bloqunda məlumat verilib.

Qeyd olunur ki, gündəlik bloklanmanın sayı 80 faizdən çox artıb. Xüsusilə də çoxlu sayda akkauntlar terror hadisəsi törədiləndən sonra bloklanır. Şirkətdən bildiriblər ki, hələlik internetdə terror məzmunlu materialları müəyyən edən xüsusi alqoritm mövcud deyil.

Bundan öncə “The Wall Street Journal” qəzeti yazıb ki, “Google” şirkətinin sahibi olan “Alphabet” korporasiyası, “Facebook” və “Twitter” radikal islamçıların və sağ qruplaşmaların təbliğatına tab gətirmək üçün internet reklamı texnologiyasını tətbiq etmək qərarına gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR