Yeyib içdilər, İranlını döyüb, pulunu aldılar – Bakıda film kimi quldurluq (VİDEO – FOTO)

unnamed (1)Saxlanılan şəxslər arasında futbolçu da var.

Tanımadıqları şəxslərlə yeyib-içdilər, hesaba görə dalaşdılar.  Bakıda İran vətəndaşı döyülərək qarət olunub. Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, futbol klublarının birinin üzvü olan Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov saxlanılıblar.

İdarəyə gətirilən Məhərrəm, onun qayını Miqdar və tanışı Orxan törətdikləri əməli etiraf ediblər.

17 gündür ki, ailə həyatı quran Məhərrəmin sözlərinə görə, kafedə çay içdikləri zaman 2 nəfər onlara yaxınlaşıb. Şəxslər Məhərrəmovun dostlarından onları tanıdıqları əyləncə klubuna aparmağı xahiş ediblər. Orxan taksi fəaliyyəti ilə məşğul olduğundan təkliflə razılaşıb. Avtomobilə müştəri kimi əyləşən şəxslər, Miqdar, Orxan və Məhərrəmdən onlarla birgə əylənmələrini istəyiblər, hesabı ödəyəcəklərini deyiblər. Ancaq sonda hesabın yüksək miqdarda gəlməsi şəxslərin verdikləri sözdən yayınması ilə nəticələnib.

Məhərrəm Məhərrəmov – saxlanılan şəxs: “Şotu vermədilər, dedilər ki, bizlik deyil, biz ikimizin pulunu verəcəyik. Sonra bunları götürüb, evlərinə apardıq. Mən telefonu “zalok” qoydum ki, pulu verib götürərəm. Yolda dedim ki, maşını saxlasın. Düşdük, onlarla dalaşdıq. İranlı pulu qayınıma verdi, mən də ondan götürdüm”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)

unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR