Zaqatalada iki nəfərdən 21 qutu narkotik tapıldı – VİDEO

dc489e12a2c18d75ca9477b3c0313765Zaqatalada narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Kanal S (Region TV) xəbər verir ki, Mingəçevir sakini Kərim Nəcəfov avtomobil ilə Zaqatala ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun avtomobilinə baxış keçirilib və orada gizlədilmiş 21 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Məlum olub ki, Kərim tanışı, Balakən sakini Elnur Məmmədovla Zaqatalanın Mazıx kəndi ərazisində görüşərək ondan həmin narkotik vasitəni 650 manata alıb. Keçirilmiş əməliyyat nəticəsində Elnur da tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, istintaq aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR