AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qurban bayramı münasibətilə tədbir keçirilib

Foto-3Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Qurban bayramı münasibətilə tədbir keçirilib.

AMEA-dan Qafqaznews.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan MEK-in Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qarşıdan gələn Qurban bayram münasibətilə hamını təbrik edib. Mərkəzi Elmi Kitabxananın əhəmiyyətli günlərdə bu cür tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırdığını vurğulayan M.Göyüşlü qonaqların bu tədbirdə iştirakının təsadüfi olmadığını qeyd edib: “SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra din sahəsində boşluq yaranmışdı. Qardaş Türkiyə Cumhuriyyəti, xüsusilə bu ölkənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri müşaviriliyi dövlətimizə bu sahədə dəstək verdi və bu istiqamətdə ciddi işlər görüldü”. M.Göyüşlü, həmçinin 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maariflənmə istiqamətində, dini radikalizmə qarşı mübarizə sahəsində çox geniş fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.

Daha sonar tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Din xidmətləri müşaviri, professor Kamil Güneşin çıxışı dinlənilib. K.Güneş Qurbanın incəliklərindən, vacibliyindən, sosial-psixoloji tərəfindən danışıb. Çıxış zamanı professor tərəfindən Qurban bayramı haqqında maraqlı fikirlər səsləndirilib. O, müxtəlif örnəklər gətirməklə bayramın müsəlman dünyasındakı önəmini, oynadığı rolu geniş şərh edib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov həmçinin qarşıdan gələn bayram münasibətilə iştirakçıları təbrik edərək İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramının tarixi, xalqımızın bu bayramı əsrlər boyu necə yaşatdığını tədbir iştirakçılarına çatdırıb. O, eyni zamanda ölkəmizdə dövlət-din siyasəti, multikulturalizm barəsində fikirlərini çatdıraraq, təmsil etdiyi qurumun gördüyü işlərdən bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev də bayramla əlaqədar fikirlərini çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları və çıxışları dinlənilib, tədbir diskussiya şəklində davam edib.

Qafqaznews.az

Foto-1 Foto-2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR