“Azlegal”şirkətinin tərtib etdiyi iddia ərizəsi qanunsuzdur? FOTO,AUDİO

akif-copyMikayıl Balayev: “Biz Legion.az domenini iyulun 28-də əldə etmişik, hakim Fuad Abdıyev bunu nəzərə alaraq məhkəmədə bu işə baxa bilməz”

Rüfət Əhmədzadə: “Dediklərini danan, jurnalistə “tələ” qurulmasında iştirak edən Abşeronun baş memarından Prezidentə şikayət edəcəyəm”

Tağı Hüseynov: “Rüfət Əhmədzadə və Legion İnformasiya Agentliyinə qarşı qaldırılan bu iddia tamamilə qanunsuzdur və söz azadlığını sıxışdırmağa xidmət edir”4m0lohzy78g

Avqustun 30-da Legion İnformasiya Agentliyinə Nərimanov Rayon Məhkəməsindən məktub gəlib. Həmin məktubda bildirilir ki, “İl12832340_194152240958177_3002460701606313501_nin Dörd Fəsli” MMC Legion İnformasiya Agentliyi və jurnalist Rüfət Əhmədzadəyə qarşı şirkətin işgüzar nüfuzuna ziyan vurmaq ittihamıyla iddia qaldırıb. Şirkətin bu iddiası iyulun 15-də Legion.az saytında dərc olunan ““Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” adlı məqalə ilə bağlıdır.14445558_1765145020412034_1772028523_n

Bu məqalədə müəllifin yalnış məlumat verərək və Akif Əliyevin sözlərini təhrif edərək cəmiyyəti aldatdığını, “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edən şirkət rəhbərliyi jurnalist Rüfət

Əhmədzadədən və “Legion İnformasia Agentliyi” MMC-dən 243 min 367 manat tələb edir. Bu iddia ilə bağlı olaraq, Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev sentyabrın 5-də saat 14:15-ə hazırlıq iclası təyin edib.   .

Qafqaznews.az saytı olaraq, bu mövzuda araşdırma aparmış, eləcə də Abşeronun baş memarı Akif Əliyevin səs yazısını ictimaiyyətə təqdim etmişdik.

Sentyabrın 20-də “Legion İnformasiya Agentliyi” MMC-nin direktoru Mikayıl Balayev Qafqaznews.az-a bildirdi ki, onun rəhbərlik etdiyi şirkətə qarşı qaldırılan iddia qanunsuzdur.
“Bizim şirkətimiz, yəni, “Legion İnformasiya Agentliyi” MMC 2016-cı il iyulun 25-də təsis olunub. Həmçinin, biz Legion.az domenini iyulun 28-də “İname” şirkətindən 40 manata əldə etmişik. Hakim Fuad Abdıyev bu faktı nəzərə alaraq məhkəmədə bu işə baxa bilməz. 3234Məsələ ondadır ki, iyulun 15-də Legion.az-da dərc olunmuş yazıya görə, biz cavabdehlik daşımırıq. Bizim agentlik 25.07.2016 cı ildə yaradılıb, iyulun 28-dən etibarən Legion.az saytında dərc olunan yazılara görə  cavabdehlik daşıyırıq. Bu barədə məhkəmə iddiasından əvvəl bizimlə əlaqə saxlayan “Azlegal” hüquq firmasının əməkdaşına da bildirmişdik. Lakin onlar bu iddia ərizəsində bizi əsassız olaraq cavabdeh rolunda görürlər.

13324230_1721854018074468_1429152754_oDüşünürəm ki, azacıq hüquqi savadı olan şəxslər belə, bu məhkəmə iddiasının necə absurd olduğunu başa düşərlər”, – deyə M.Balayev vurğuladı.

Jurnalist Rüfət Əhmədzadə isə bildirdi ki, onun nə Legion.az saytı ilə, nə də “Legion İnformasiya Agentliyi” ilə heç bir əlaqəsi yoxdur.logo_site_az

“Anlamıram, “İlin Dörd Fəsli” MMC və ona hüquqi xidmət göstərən “Azlegal” şirkəti hansı məqsədlə bu addımı atıb. Mən həmin şirkətin hüquqşünası Emin Quliyevə də bu barədə sual verdim, amma konkret cavab ala bilmədim. Hesab edirəm ki, sözügedən iddia tamamilə absurd və qərəzlidir. Mən bu məhkəmə iddiasını azad sözə qurulan “tələ” hesab edirəm. Eyni zamanda, səs yazısı olduğu halda sözlərini inkar edən Abşeron RİH-in baş memarı Akif Əliyevdən də dövlət başçısına şikayət etməyə hazırlaşıram. İnanıram ki, Cənab Prezident jurnalistə qarşı “tələ” qurulmasında iştirak edən Akif Əliyevin barəsində tədbir görəcək”.

Hüquqşünas Emin Quliyev isə Qafqaznews.az-a bildirdi ki, “İlin Dörd Fəsli” MMC onun çalışdığı şirkətə iddia ərizəsi üçün müraciət edib.

“Sonra bu işi hansı hüquqşünasa tapşırıblar məlumatım yoxdur. Mən maraqlanıb sizə məlumat verərəm”, – deyə hüquqşünas bildirdi.13659120_524380761086861_5759387929046160241_n

“Azərhüquq” MMC-nin rəhbəri, tanınmış hüquqşünas Tağı Hüseynov Qafqaznews.az-a bildirdi ki, Rüfət Əhmədzadə və Legion İnformasiya Agentliyinə qarşı qaldırılan bu iddia tamamilə qanunsuzdur və söz azadlığını sıxışdırmağa xidmət edir.

“Cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulayıb ki, ölkədə müstəqil mətbuatı sıxışdırmaq, söz azadlığını məhdudlaşdırmaq olmaz. Lakin bəzi şəxslər kimlərəsə güvənərək, jurnalistlərə “müharibə” elan edirlər. Sözügedən məhkəmə iddiası ilə bağlı onu deyə bilərəm ki, bu tamamilə qanunsuzdur, əsassızdır və söz azadlığına qarşı təhdiddir. Mən Fuad Abdıyevi obyektiv hakim kimi tanıyıram. Və inanıram ki, belə bir qanunsuz iddianın həyata keçirilməsinə, müstəqil mətbuatın sıxışdırılmasına imkan verməyəcək”, – deyə Tağı Hüseynov vurğuladı.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR