Bəşəriyyətin sonu haqda qorxunc – Proqnoz

98041Kanada alimləri bəşəriyyətin sonu haqda proqnoz veriblər.
Alimlərin hazırladığı hesabatda bəşəriyyətin məhv olma şansının 2290-cı il üçün 50%, 2710-cu il üçün isə 95% gerçəkləşmə ehtimalı olduğu bildirilib.
Alimlər genetik texnologiyalar sayəsində insanların IQ səviyyəsinin, bununla paralel risklərin də artacağını deyiblər.
Yer kürəsinin sonu haqda nəzəriyyəyə əsaslanan kanadalılar 3000-ci ilə qədər Yerdə həyatın məhv olacağını söyləyir. Amma əlavə edirlər ki, insanlar başqa planetlərdə məskunlaşmağı və nəhəng orbital kosmik stansiyalar inşa etməyi öyrənsələr, bəşəriyyətin məhv olma ehtimalı kəskin azalacaq.
Məşhur ingilis alimi Stiven Houkinq bəşəriyyətin yaşaması üçün başqa planetlərdə koloniyalar yaratmasının əsas olduğunu deyib. O, yaxın 100 il ərzində Marsda insan məskənlərinin salınacağını da söyləyib.(Modern.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR