“Bakcell” in meneceri prokurorluğu atasının qanunsuz olaraq həbs edilməsində günahlandırır?

14139078_1753381741588362_2098165491_o-1-1Bu il sentyabrın 16-da dosye.org saytında Bakcell şirkətinin satış üzrə meneceri Anar Verdiyevin məktubu dərc olunub. “Son vaxtlar sizin tərəfinizdən müxtəlif internet portallarında və rəsmi yazışmalarda mənim və atam Müqayis Verdiyevin ünvanına təhqir və böhtan dolu, o cümlədən şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılmaqdadır”,-Anar Verdiyev məktubunda yazır.

“Atam qanunsuz olaraq dövlətin pulunun mənimsənilməsində iştirak edib və s. Bildirirəm ki, yayılan məlumatların heç biri həqiqəti əks etdirmir. Nə mənim, nə də atamın heç vaxt kimisə aldatmaq, qanunsuz işlər görmək və “qaranlı qyollarla” gəlir əldə etmək kimi məqsədimiz olmamışdır, heç ola da bilməz. Bu həqiqət hamıya gün kimi aydındır.Yayılmış məlumatlarda həbs edilməsi vurğulanan atam Müqayis Verdiyevə isə dövlət tərəfindən bəraət verilmişdir”,-Anar Verdiyev məktubunda bildirir (dosye.org).

“Əgər Müqayis Verdiyev həqiqətən də bəraət alıbsa, bu o deməkdir ki, o, qanunsuz olaraq azadlıqdan məhrum edilib. O, dəyən m5b7f862a-7662-4b84-9159-40c20b1af08caddi və mənəvi ziyana görə iddia ilə çıxış edib kompensasiya tələb edə bilər”, – vəkil Kamandar Nəsibov Kavkaznews.az-a bildirdi.images31

Digər vəkil Ramiz Zeynalovun fikrincə əgər Müqayis Verdiyev həqiqətən də qanunsuz ittiham edilib və bəraət alıbsa, onun işini aparan müstəntiq də, istintaqa nəzarət edən prokuror da, o cümlədən, onu ittiham etmiş hakim də, cinayət məsuliyyəti daşıyırlar”.

Biz Anar Verdiyevlə əlaqə saxlayıb atasını qanunsuz ittiham etmiş hakimin, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib-etməyəcəyini öyrənməyə çalışdıq, lakin təəssüf ki, buna müvəffəq olmadıq.

Sənan Məmmədli

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR