Bakıda velosiped üçün dayanacaqlar tikilib-VİDEO

77024720Bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb

Bakıda velosiped üçün dayanacaqlar tikilib. Artıq velosiped sürənlərdə öz nəqliyyat vasitələrini dayanacaqlarda saxlaya biləcəklər.

Bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb.

Velodayanacaqlar IDEA İctimai Birliyi ilə Velosiped İdmanı Federasiyası birlikdə quraşdırılır.

Gələcəkdə  paytaxda 100-dək “IDEA velosiped dayanacağı”nın quraşdırılması nəzərdə tutulub. Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq.

Təşkilatçılar deyir ki. ilkin olaraq paytaxtda belə dayancaqların sayı artırılacaq.

Daha sonra bölgələrdə də bu layihəni həyata keçirməyi planlaşdırırlar.

Pərviz Musayevn szölərinə görə, gələcəkdə bu dayanacaqların sayını artırmaqla yanaşı veloyolların salınması planlaşdırırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR