Bankomatdan 150 min manat oğurlandı – VİDEO

snimokSalyan rayonunda bankomata olunmuş basqın nəticəsində 150 min manatdan artıq pul oğurlanıb

ARB Cənub xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sarvan kəndində qeydə alnıb.

Belə ki, vətəndaşların pensiya və müavinətləri verildiyindən bankomatda xeyli miqdarda pul olduğunu bilən şəxs və ya şəxslər binanın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları götürmək üçün onu qaynaq aparatı ilə kəsiblər. Sonra 150 min manatdan çox pulu götürərək aradan çıxıblar.

Hazırda Salyan Rayon Polis Şöbəsinnin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR