Deputatlar referendumdakı aktivlikdən razıdır

refaeljaleasim“Vətəndaşlarımızda səsvermə mədəniyyəti əvvəlki illərə nisbətən daha yüksək səviyyəyə çatıb”.

Bunu Qafqaznews.az-a açıqlamasında deputat Rəfael Hüseynov bildirib.

“Seçki məntəqələrinin də sayı artıb, insanların səsvermədə iştirakı üçün daha yaxşı imkanlar yaradılıb. Vətəndaşlarımız 10 il əvvəlkinə nisbətən, bu prosesdə daha fəallıq göstərirlər. Seçki və səsvermə təcrübəsi illərlə inkişaf edən bir şeydir. Bu gün vətəndaşlarımız referenduma həm də tam məlumatlı şəkildə gedirlər. Seçki məntəqələrinin qarşısında növbələr müşahidə olunur. Konstitusiyaya dəyişikliklər barədə əhali yaxşı məlumatlandırılıb və insanlar öz mövqeyini ifadə etməyə gəlirlər. MSK-nın yenilənən məlumatlarını da izləyirəm, referendumda iştirak aktivliyi yetərincə yaxşıdır”, – deyə deputat R.Hüseynov vurğulayıb.

Xanım deputat Jalə Əliyeva da hesab edir ki, aktivlik yüksək səviyyədədir: “Mən özüm 29 Səbail seçki dairəsində,  6 nömrəli məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verdim. Cənab Prezident də bu məntəqədə səs verib. Səsvermədən sonra, respublika müşahidəçisi kimi, DİA-da, ADİU, ADPU-da və müxtəlif təhsil ocaqlarında olan məntəqələrə baş çəkdim. Bu və digər məntəqələrdə seçki prosesi çox yaxşı səviyyədə və insidentsiz keçib. Hətta izdiham da müşahidə etdik, insanlar həvəslə referenduma gəlirdilər. Hələ səər 10-11 radələrində 25-30 faiz iştirak var idi. Vətəndaşlar tam məlumatlı və həvəsli görünürdü”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, 22 saylı Nəsimi seçki dairəsi 25 saylı seçki məntəqəsində səs verib.

“Aktivlik yetərincədir, bir neçə seçki məntəqəsində oldum, səsvermə üçün növbələr müşahidə etdim. Müşahidəçilərlə və öz seçicilərimlə söhbət elədim, hər hansı xoşagəlməz hal olduğu barədə eşitmədim. Bizim partiya bütün respublikada öz nümayəndələri vasitəsilə referendumu müşahidə edir. Hələ müşahidəçilərimizdən xoşagəlməz bir xəbər almamışıq. Beynəlxalq müşahidəçilərlə də həmsöhbət oldum, onların fikirlərini öyrəndim. Hələ ki, fikirlər pozitivdir”, – deyə A.Mollazadə qeyd edib.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR