Estoniya prezidentini seçə bilmir…

99216Moderator.az xəbər verir ki, Estoniyada dünəndən başlamış prezident seçkiləri bugün də davam edir.

Estoniya qanunlarına görə, prezident parlamentdə seçilir. Parlamentdə beş namizəddən heç biri lazımi səsləri toplaya bilmədikləri üçün seçki marafonu Seçicilər Kollegiyasına keçirilir.

Bugün 5 nəfərdən daha çox səs toplayan iki namizəd – vəkil Allar Yıks və sağ İslahatçılar partiyasının fəxri prezidenti Siym Kallas  daha çox səs toplayaraq ikinci tura keçiblər. 335 nəfərlik Seçici Kollegiyasında 50+1 səs toplayan namizəd qalib elan olacaq. Əgər namizədlərdən heç biri bu səsi almasa 14 gündən sonra yenidən parlamentin fövqəladə iclası çağrılacaq və yenidən səsvermə keçiriləcək.

Qeyd edək ki, Estoniya qanunlarına görə, bir prezident  5 ildən sonra bir daha namizədliyini verə bilməz və namizəd 40 yaşından cavan olmamalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR