Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

f06d0e29-2c18-4841-a2f0-1b40d516832dKolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə yüksələn ilk 2 komandanın adı müəyyənləşib.

“Report”un məlumatına görə, bunlar İran və Rusiya yığmalarıdır.

Turnirin 1/4 finalında İran Paraqvayı əlavə vaxtda vurduğu qol ilə məğlub edib – 4:3. Rusiya isə İspaniyadan üstün olub – 6:2. Beləliklə, sentyabrın 28-də gecə saat 04:00-da başlanacaq ilk yarımfinal görüşündə İran Rusiya ilə üz-üzə gələcək.

Daha iki yarımfinalçı bu gecə müəyyənləşəcək. Saat 00:30-da Argentina Misirlə, saat 03:00-da Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR