Gülən oğru: “Tanıdığım ev idi də, getdim girdim” (VİDEO – FOTO)

unnamedQadın qardaşıoğlunu görüb şoka düşdü.

“Planlaşdırmadım, birdən beynimə girdi”.

Saxlanılan şəxs tələbədir.Sumqayıtın Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində isə Bəsdiqız Ağayevanın mənzilindən 1500 manat nəğd pul və ov silahı oğurlanıb. Polisə ərizə ilə müraciət edən qadına şübhəli şəxslərin saxlanıldığı xəbəri verilib. Bölmədə üzləşmə zamanı isə zərərçəkən saxlanılan şəxsin qardaşı oğlu olduğunu görüb. 21 yaşlı Qardaşxan Ağayev Sumqayıt Dövlət Universitetinin tələbəsidir. Bu gənc oğlan qonşuluqda yaşayan 17 yaşlı Elburus Əhmədovla əlbir olaraq, oğurluq əməlini törədib.

Qardaşxan Ağayevin sözlərinə görə, o etdiyi əməldən peşmandır: “Planlaşdırmadım. Elə beynimə girdi birdən. Heç nə, açdım, bir dəmir parçası idi. Plastik pəncərəydi. Açdım, girdim içəri. Pula ehtiyac var idi. Getdim girdim də. Başqa heç nə, bu qədər. O da tanıdığım yer idi. Birinci əməlimdi də oğurluq. Eləmişəm, peşmanam”.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-421 yaşlı Qardaşxan Ağayev ötən il də eyni əmələ görə məhkum olunub. Lakin məhkəmə onun tələbə olduğunu nəzərə alaraq, cərimə kəsməklə kifayətlənib. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR