Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

metBu il sentyabrın 1-də Kavkaznews.az saytında “Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir” başlıqlı yazı dərc olunub. Məqalədə Bakı şəhər sakini Fəxri İsmayılovun Qafqaz Xəbər Agentliyinə müraciəti ilə bağlı məlumat verilir. İsmayılovun sözlərinə görə, o 2008-2011-ci illərdə “Mətanət A” şirkətində satış üzrə menecer işləyib.1472285770_matanat_a2-1

“Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü. Şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. Bu depozitə bizim maaşımızın 10 faizi keçirilir. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi”,- deyə İsmayılov Kavkaznews.az saytına bildirdi. O, 2011-ci ildə “Mətanət A” 14192541_372898783097604_7706537708061443199_n-1şirkətindən işdən çıxarıldığını bildirdi: “İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır”.

Bu ilin sentyabrın 7-si Kavkaznews.Az saytında ““Mətanət A” mənim mənzilimi banka girov qoydu” başlıqlı yeni yazı dərc olundu. Bu məqalədə Fəxri İsmayılovun “MƏTANƏT A” şirkəti ilə bağlı yeni şikayəti dərc olunub.

“Məni bu şirkətə işə qəbul edərkən, “Mətanət A” nın rəhbərləri məndən hər-hansı bir mülkiyyətə sahib olub-olmadığımı soruşdular. “Bəli, mənim evim və maşınım var”,-dedim. “Sizin mülkiyyətiniz bankda girov qoyulacaq”,-şirkətin rəhbərləri mənə bildirdilər. “Hansı əsasla?”,-deyə soruşdum. “Sizə satış üçün dəyəri 36 min AZN dən çox olan mal veriləcək. Satılan malın məbləğindən 3 faiz sizin gəlirinizi təşkil edəcək. Hansısa əskiyiniz aşkar edildiyi halda, sizin bankda girov qoyulan mülkiyyətiniz satılacaq və beləliklə şirkət öz xərclərinin əvəzini alacaq”,- “Mətanət A” şirkətinin rəhbərləri mənə dedilər.1-1-1-1page1-1

Mən özümə güvənirdim və mənzilimi banka girov qoymağa razılaşdım. Mənim mənzilim “Dəmir Bank” ASC də girov qoyulmuşdu. Girovun məbləği 20 000 manat idi. Satılan malların məbləğindən olan gəlirimin 10 faizi mənim şirkətdə olan depozitimə keçirilirdi. 3 faizi isə, faizlərin ödənilməsi üçün banka yönləndirilirdi. 2010-cu ildə şirkət rəhbərliyinin özü mənə bildirdi ki, “Dəmir Bank” ASC- ə mənim mənzilim qanunsuz olaraq girov qoyulmuşdu”.

“ “Mətanət A” şirkətində işlədiyim dövrdə heç bir əskik aşkar olunmadığına görə mənə, şirkətin “DəmirBank”dan mənzilimin girovdan çıxarılmasını istəməsi haqda məktub verdilər. Mən bu məktubla “DəmirBank”a getdim, sonra mənim mənzilim girovdan çıxarıldı”,- Fəxri İsmayılov Kavkaznews.az-a bildirdi.

bez-nazvaniya-17-1“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri, hüquqşünas Mirvari Qəhrəmanlının fikrincə : “Əgər “Mətanət A” da depozitlərin açılması barədə məlumat doğrudursa, Dövlət Əmək Müfəttişliyi Xidməti mütləq olaraq bu şirkət ilə bağlı tədbirlər görməlidi”. Qəhrəmanlının bildirdiyi kimi, qanuna uyğun olaraq işçi və şirkət arasında Əmək və ya Mülki müqavilə bağlanır. “Bu müqavilələrdə əmək haqqının məbləği, mükafat, məzuniyyət vaxtı göstərilir. Şirkətin işçidən qanuna uyğun olmayan nəsə tələb etmək hüququ yoxdur “, – hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Kavkaznews.az-a bildirdi.sahib-memmedov-pl

O, işçinin mənzilini girov qoymasına məcbur edilməsini cinayət adlandırdı. “Fikrimcə, sabiq işçi şirkəti məhkəməyə verməlidir”, – hüquq müdafiəçisi hesab edir. “Əmək məcəlləsində işçinin işəgötürən qarşısında maddi məsuliyyət daşıdığı barədə deyilir”,- Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Kavkaznews.az-a bildirib. Məmmədovun sözlərinə görə, Əmək müqaviləsinə əsasən, ayrıca işəgötürənlə işçi arasında müqavilə bağlanır. “Bu müqaviləyə əsasən, işçinin işə götürənə maddi ziyan vurması halında o, bu ziyanı kompensasiya etməlidir. Amma əgər belə müqavilə yoxdursa, bu halda işçi işəgötürən qarşısında qismən, bir aylıq əmək haqqı həcmində məsuliyyət daşıyır. Amma əgər belə bir müqavilə də yoxdursa, bu halda işçi şirkətə qarşı maddi məsuliyyətdən azad olunur”, – Sahib Məmmədov bildirdi.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/09/m-tan-t-sirk-tinin-ciddiyy-t-problemi-fotos-n-d/
http://qafqaznews.az/2016/09/m-tan-t-m-nim-m-nzilimi-banka-girov-qoydu/
http://qafqaznews.az/2016/09/m-tan-t-nin-kecmis-m-kdasi-oz-depozitinin-qaytarilmasini-t-l-b-edir/

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR