“İndi mən hansı cəbhədə vuruşmalıyam”- orduya çağırılan gəncin evini kimlər uçurdur-VİDEO

182076557d44f5f4afa6Azərbaycan hüquqi dövlətdir. Yəni biz demokratik ölkədə yaşayırıq. Mən də elə bilirəm. Ancaq bəzi iş adamları bu demokratik ölkədə sadə vətəndaşların hüququnu tapdalayaraq onlarına hesabına var-dövlət sahibi omaq istəyirlər. Yəni Haqqını verib ədaləti alırlar. “ORBİTA MTK”-NIN SƏDRİ Famil Bağıyev Bakı Şəhər İcra Hakimiyyətinə bina tikmək üçün torpaq sahəsi verilməsi barədə müraciət edir və Bakı şəhər icra hakimiyyəti də ona torpaq ayrılması üçün sərəncam verir. Sərəncamın 1-ci bəndində yazılıb:- Orbita mənzil Tikinti kooperativinin 04.03.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu , B. Çobanzadə, M. Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikilililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının layihələndirməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin. Açıq-aydın yazılıb. Qaranlıq tərəfi yoxdur. Ancaq məsələ burasındadır ki bu sərəncamda Əlif Hacıyev küçəsinin adı göstərilməyib.

Bəs niyə söküntü ilk olaraq Əlif Hacıyev küçəsindən başlayıb? Sərəncamdan daha bir bənd. 1 nöqtə 1-də yazılır. Ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən orbita MTK- a tərəfindən həll edilsin. Bəs Hal-hazırda nə baş verir? Famil Bağıyev əraziyə gələrək camaatı hədələyir. Evdən çıxmalarını tələb edir. Onlara heç bir pul verməyəcəyini söyləyir. O açıqca deyir-Mənim sizə veriləsi pulum yoxdur. Mən olan pulumu verib, bu torpağı almışam. Sizdə burdan öz xoşunuza çıxmasanız zorla çıxardılacaqsınız. O sakinləri polislə hədələyir. Ayrı-ayrı sakinlərin üstünə polis göndərir və onlardan izahat da alırlar. Axı onlar kimə nə ediblər? Bu işin ən gülməli tərəfi odur ki, Famil Bağıyev şəhər icra hakimiyyətinə ərazidə yaşayan camaatdan şikayət edərək ona bina tikməyə icazə vermədiyini bildirir. İcra hakimiyyəti də Famil Bağıyevin müdafiəsini təmin edərək Əlif Hacıyev küçəsində yaşayan vətəndaşları məhkəməyə verir. 6 may 2016-ci ildə camaat Nizami rayon məhkəməsinə çağrılaraq Hakim tərədindən açıq-aydın təhdid edilir. Əgər razılaşmasalar mayın 27-də olan məhkəmədə qərar çıxardaraq camaatı evlərindən bayıra atacaqlarını da vurğulayır. Hakim vətəndaşların yox Orbita MTK-nın tərəfində olduğunu açıqca göstərdi. Vətəndaş danışarkən, o da telefonla danışdı. Məhkəmədə vətəndaşın mövqeyi tutulmayacağı elə ilk andan bəlli oldu. Məhkəmə zalına daxil olan hakimin telefonuna zəng gəldi. O telefonu qaldıraraq, -elə məhkəmə zalından onlara cavabı söyləyəcəyini dedi. Yaşı 50-ni keçmiş 5 uşaq atası Roman Jmurova sən niyə azərbaycan dilində təmiz danışmırsan dedi. Adından məlum olduğu kimi Roman Jmurov milliyyətsə rusdur. Azərbaycan dilini zəif bildiyi üşün özünə vəkil də tutmuşdu. Roman Jmurov sovet dönəmində dünyaya gəlib.Hamımız çox gözəl bilirik ki, Əvvəllər Bakıda demək olar ki 70 faiz camaat rus dilində danışırdı. Bircə o qalmışdı ki, hakim jmurova desin ki, sən niyə sovet dönəmində dünyaya gəlmisən. Hakim,- orta yaşlı vətəndaş Zenfira xanıma da “sən” otur başa düşdük.- dedi. Əslində Məhkəmə zamanı Hakim ən nümunəvi şəxs kimi özünü göstərməli idi və hakimin vətəndaşa sən demək hüququ yoxdur Ancaq 3 milyon pul verib torpaq alan adam, bu günkü məhkəmə iclasında hakimi də almışdı. Adamlara söz haqqı verilmədi. Vəkil susduruldu. Bəs Bakı şəhər İcra başçısı hansı haqla camaata qarşı idda qaldırır? Axı o dövləti təmsil etməlidir iş adamını yox. Daha bir sitat:- Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə tam yol verilmir.

Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Daha başqa bir misal. İddia ərizəsinə nəzər salaq. 15.04.2014 tarixli 164 saylı sərəncam. Hakimə sual vermək lazımdır ki 164 saylı sərəncamı göstərsin. 164 saylı sərəncam tamamilə başqa sərəncamdır.Orada 164 yox 161 saylı sərəncam olmalı idi. Bakı şəhər icra hakimiyyəti dövlətin yox Orbitanın rolunu oynayırdı. İcra hakimiyyətinin iddia ərizəsində MTK-nın hesabına kompensasiya ödənilməklə sözü də yazılıb. Ancaq Famil Bağıyev Vətəndaşalara deyir ki, mən sizə heç bir kompensasiya verməyəcəm. Siz bir anlıq təsəvvür edin ki, Famil Bağıyev bu balaca şəhərciyi mühasirəyə alaraq top-tüfənglə zəbt edib,və vətəndaşa deyir ki mən nə deyirəm o olacaq. Bu ilk növbədə vətəndaşın konstusiya hüququnu pozmaqdır. 13, 29 və 33-cü maddələri oxumaq kifayətdi. Daha bir fakt. Bakı şəhər icra hakimiyyəti komissiya gəlib yoxlamadan, aktlaşdırmadan, yazır ki, qeyd olunan həmin ünvanda yerləşən qəza vəziyyətində olan yaşayış binaları. Əvvəla Qəza vəziyyətində olmaq üçün bunu sözlə yox , tikinti üzrə mütəxəssilər baxış keçirərək və əldə hüquqi sənəd olandan sonra belə söz yazılmalıdır.

Məhkəmədə isə Vətəndaşlara belə bir sənəd göstərilmədi. Daha bir cümləyə nəzər salaq. Vətəndaşa 1 kvadrat metrinə 1500 manat kompensasiya verilsin. Məhkəmədə də qeyd olundu. Hamımız çox gözəl bilirik ki, Azərbaycan manat 2015-ci il dekab ayında infilyasiya uğrayıb. Manat sıfır 78 qəpikdən bu günləri 1- 55-ə qədər düşüb. 2 dəfə düşən manatın dəyəri necə ola bilər 2 il bundan qabaq ödənilən 1500 kompensasiya, indi də 1500 olaraq qalsın? Belə çıxır ki, vətəndaş öz evini bağışlasın orbita MTK-ya getsin. Bu iddia ərizəsini hansı hüquqşünas hazırlayıb bilinmir.Yazır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndi. Bunu yazan yəqin ki, hüquqşnas olmayıb, kolxozşünas olub. Çünki Konstitusiyasının 24-cü maddəsinin 4-cü hissəsi, rum rəqəmi ilə yazılanda hissə deyilir. Rəqəm yazılanda isə bənd deyilir. Görünür ki, oralarda bunun anlayışını hələ dəqiq bilmirlər. İddia ərizəsində başqa bir cümlə. Həmçinin, ORBİTA MTK qeyd olunan ünvanda, yaşayış binasının inşası üçün bankdan külli miqdarda kredit götürmüş, hal-hazırda isə bu kredit müqaviləsi üzrə tərəfindən kredit faizlərini ödəməkdədir. Lakin sakinlərin qanunsuz hərəkətləri nəticəsində Kooperativ həmin kredit məbləğini təyinatı üzrə istifadə edə bilmir, bununla da Kooperativ müflis olmaq təhlükəsi qarşısındadır. Demək belə çıxır ki, Famil Bağıyevin götürdüyü milyonlarla kreditini vətəndaş ödəməlidir? Öz evini dəyər dəyməzinə orbita MTK-ya hədiyyə verməli, Deməlidir ki, sənin yoldaşın qızın gedib amerikada fransada kef eləsin mən vətənimdə küçədə qalsamda olar? Halbuki sərəncamın 5-ci bəndində qeyd olunub ki, Yuxarıda qeyd olunan bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Əsas məsələ odur ki,Bakı şəhər icra hakimiyyətinin gen planı hələ öz təsdiqini tapmayıb, haralar sökülməlidir bilinmir.

Çünki belə olsaydı məhkəmədə vətəndaşlara sənəd göstərilərdi. Nazirlər kabinetinin 25 fevral 2016-cı il 86 saylı qərarı var. Burada göstərilib ki,Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami,Yasamal, Səbail, pirallahı Xəzər rayonunda soaial iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə və o cümlədən Nizami rayonu ərazisində yerləşən, keçən əsrin 50-ci və 60-cı illərindəinşa edilmiş 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binası sökülməlidir. Nazirlər kabineti həmin binaların siyahısını təsdiq edib icra hakimiyyətlərinə təqdim etməlidir. Ancaq siyahı təqdim olunandan sonra tikinti şirkətləri ilə icra hakimiyyətləri arasında müqavilə bağlanmalıdır. Ancaq bundan sonra tikinti şirkətləri yerli icra hakimiyyətləri ilə bir yerdə nazirlər kabinetinin 86 saylı qərarını həyata keçirməlidirlər. Ancaq hələ ki, Nazirlər kabineti həmin binaların siyahısını təsdiq etməyib. Belə olan halda bu ərazilər Famil Bağıyevə necə verilib? Hakimin sözlərindən isə belə çıxdı ki, vətəndaşlar Famil Bağıyevin dediyi ilə razılaşmasalar , məhkəmədə qərar çıxardaraq onları məhkəmə icraçıları tərəfindən güc tətbiq edərək evlərindən bayıra atılacaqlar. Məhkəmə zalını tərk edən 25 yaşlı gənc sakin çarəsiz-çarəsiz üzümə baxıb dilləndi. Mənə povestka gəlib, torpağı qorumağa getməliyəm. İndi mən hansı cəbhədə vuruşmalıyam. Burada anamın küçədə qaldığını biləcəyim halda torpağımı necə qoruyum. Şəhid olsam anama kim baxacaq?

bakixeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR