İŞİD-in “informasiya naziri” məhv edilib

file-attachs-26665Sentyabrın 7-də ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya ərazisinə endirdiyi hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri, “Vail həkim” kimi tanınan Vail Adil Həsən Salman əl-Fəyyad zərərsizləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi Pentaqon nümayəndəsi Piter Kukun bəyanatına istinadən məlumat verib.

“İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fəyyad Rakka şəhəri yaxınlığında məhv edilib”, – deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, “Vail həkim” İŞİD-in təbliğatı ilə məşğul olurdu və terror qruplaşmasının Məşvərət Şurasının üzvü idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR