Klinton ABŞ-ı Yer kürəsinin son ümidi adlandırıb

klintonABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton Birləşmiş Ştatları “Yer kürəsinin son ümidi” hesab etdiyini bildirib

Oxu.Az “Time” istinadən xəbər verir ki, bu barədə o, avqustun 31-də Ohayo ştatında Tsintsinnatidə seçicilər qarşısında çıxış edərkən bildirib.

“Birləşmiş Ştatlar – istisna edilən millətdir. Hesab edirəm ki, Linkolnun dediyi kimi, biz əvvəlki kimi Yer kürəsinin son ümidiyik”, – Klinton vurğulayıb.

O, həmçinin sabiq prezident Ronald Reyqanın, eləcə də ABŞ-ı “böyük, qərəzsiz, xeyirxah ölkə” adlandıran Con Kennedinin qardaşı Robertin sözlərindən də sitat gətirib.

Bundan başqa Klinton, dünyada Rusiya və Çin də daxil olmaqla, heç bir ölkənin ABŞ kimi etibarlı müttəfiqlərinin olmadığını bəyan edib.

Hillari Klinton öz nitqində Rusiya, Çin, İran və Şimali Koreyadan, eləcə də beynəlxalq cinayət və terror təşkilatlarının doğurduğu təhdidlərə reaksiya vermək üçün silahlı qüvvələrin modernizasiyasına çağırıb.

“Dostlar, biz amerikalı olduğumuz üçün çox şanslıyıq! Bax buna görə də dünyada çoxları amerikalı olmaq istəyir”, – Klinton deyib.

O əlavə edib ki, ABŞ vətəndaşı olmaq böyük məsuliyyətdir. Belə ki, Birləşmiş Ştatların addımları milyardlarla insana təsir edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR