“MƏNİ AMERİKA DEVİRDİ” – Əskər Akayevdən maraqlı açıqlamalar

akayev-1024x680Ə.Akayev Rusiya mətbuatına verdiyi müsahibəsində ABŞ tərəfinindən zorla devrildiyini bəyan edib.

“2001-ci ildə ABŞ məndən xahiş etdi ki, Əfqanıstandakı əməliyyatlar zamanı qoşunların ora çatdırılması üçün Manas hava limanından istifadəyə icazə verim. Mən qonşu ölkələrlə bu təklifi razılaşdırdıqdan sonra hava limanını ABŞ hərbçilərinin istifadəsinə verdim. Amerikalılar məni inandırdılar ki, Əfqanıstandakı əməliyyat altı ay cəkəcək və bundan sonra Manası tərk edəcəklər. Biz də buna inandıq. Biz indi başa düşdük ki, onlar həmişəlik gəliblər” – deyə keçmiş prezident bildirib.

Ə.Akayev deyib ki, ABŞ Manasda oturmaqla özlərinin geopolitik problemlərini həll etmək üçün çox gözəl platsdarm əldə etmişdi. “Bu ilk növbədə Çin və İrana mane olmaq məsələsidir”.

Daha sonra Akayev mühüm bir məqamı açıqlayıb: “ABŞ o zaman məndən xahiş etdi ki, “Avaks” təyyarəsinə Manasa enmək imkanı verim. “Avaks” radarla təmin olunmuş xüsusi təyyarədir. Hava hərəkətini tənzimləyən bu təyyarə 3 min kilometrə qədər radiusda ərazini müşahidə altında saxlaya bilir. Bu isə Çinin bütün şimal-şərq hissəsini, Rusiyanın cənubunu, İranı və bütün Qazaxıstanı müşahidə altında saxlamaq demək idi. Biz bunun qəti əleyhinə çıxdıq və imtina etdik. Çünki belə razılıq bizim böyük qonşularımıza qarşı hörmətsizlik olardı. Bu imtina Vaşinqton tərəfindən narazılıqla qarşılandı və onlar Əskər Akayev hakimiyyətini dəyişməyi qarşılarına məqsəd kimi qoydular. Məqsədlərinə də nail oldular”-deyə o vurğulayıb.

Eks-prezident bildirib ki, ABŞ tərəfindən hazırlanan “rəngli inqilablar”ın əsas məqsədi bu superdövlətə tam sadiq olan quvvələri hakimiyyətə gətirmək olub.

Strateq.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR