““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

metanetŞirkət keçmiş əməkdaşının dediklərini təkzib edir

Bu il sentyabrın 1-də Kavkaznews.az saytında ““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda “Mətanət A” şirkətinin keçmiş satış üzrə menecerinin bəyanatından söz açılırdı.

“Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü.Şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. Bu depozitə bizim maaşımızın 10 faizi keçirilir. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi. Mən 2011-ci ildə “Mətanət A” şirkətindən işdən çıxarıldım İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır”,-Fəxri İsmayılov Kavkaznews.az-a bildirdi.

1472285770_matanat_a2 Biz “Mətanət A”nın insan resursları departamentinin rəhbəri Sevinc xanıma (təəssüf ki, soyadını bizə bildirmədi – red.) müraciət etdik. “Fəxri İsmayılov şikayətində bildirir ki, “Mətanət A” şirkəti onun depozitindəki pulları mənimsəyib”, – deyə qeyd etdik. “Mən sizə şirkətimizdə depozit olub-olmadığı barədə məlumat verə bilmərəm. Xüsusilə də, telefonda sizə məlumat verməyim mümkün deyil. Bu məlumat konfidensial xarakter daşıyır”, – deyə departament rəhbəri qeyd etdi. Bu yaxınlarda Fəxri İsmayılov yenidən “Mətanət A” şirkətinin fəaliyyətiylə bağlı Kavkaznews.az-a şikayətlə müraciət etdi.

“Məni bu şirkətə işə qəbul edərkən, “Mətanət A” nın rəhbərləri məndən hər-hansı bir mülkiyyətə sahib olub-olmadığımı soruşdular. “Bəli, mənim evim və maşınım var”,-dedim. “Sizin mülkiyyətiniz bankda girov qoyulacaq”,-şirkətin rəhbərləri mənə bildirdilər. “Hansı əsasla?”,-deyə soruşdum. “Sizə satış üçün dəyəri 36 min AZN dən çox olan mal veriləcək. Satılan malın məbləğindən 3 faiz sizin gəlirinizi təşkil edəcək. Hansısa əskiyiniz aşkar edildiyi halda, sizin bankda girov qoyulan mülkiyyətiniz satılacaq və beləliklə şirkət öz xərclərinin əvəzini alacaq”,- “Mətanət A” şirkətinin rəhbərləri mənə dedilər. Mən özümə güvənirdim və mənzilimi banka girov qoymağa razılaşdım. Mənim mənzilim “Dəmir Bank” ASC də girov qoyulmuşdu”,- Fəxri İsmayılov bizə bildirdi. “Girovun məbləği nə qədər idi?”,-jurnalistimiz soruşdu. “Girovun məbləği 20 000 manat idi”,-Fəxri İsmayılov cavab verdi.

1-1 “Bəs siz, banka faizləri necə ödəyirdiniz?”,-jurnalistimiz maraqlandı. “Satılan malların məbləğindən olan gəlirimin 10 faizi mənim şirkətdə olan depozitimə keçirilirdi. 3 faizi isə, faizlərin ödənilməsi üçün banka yönləndirilirdi”,- Fəxri İsmayılov bizə dedi. İsmayılovun sözlərinə görə : “2010-cu ildə şirkət rəhbərliyinin özü mənə bildirdi ki, “Dəmir Bank” ASC- ə mənim mənzilim qanunsuz olaraq girov qoyulmuşdu”. “ “Mətanət A” şirkətində işlədiyim dövrdə heç bir əskik aşkar olunmadığına görə mənə, şirkətin “DəmirBank”dan mənzilimin girovdan çıxarılmasını istəməsi  haqda məktub verdilər. Mən bu məktubla “DəmirBank”a getdim, sonra mənim mənzilim girovdan çıxarıldı”,- Fəxri İsmayılov Kavkaznews.az-a bildirdi. Dediklərinin sübutu olaraq, o bizə “Mətanət A” şirkətinin iştirakıyla “DəmirBank” ASC ilə bağlanan müqaviləni təqdim etdi.

“Bu müqavilənin predmeti ondan ibarətdir ki, bank tərəfindən Fəxri İsmayılovun tapşırığı ilə “Mətanət A” şirkətinə 12 ay ərzində 20 min məbləğində ödənişin zəmanəti verilir”,-  bu müqavilədə deyilir. Biz şirkətin referenti Solmaz Əliyevadan Fəxri İsmayılovun dediklərini şərh etməsini istədik. “Fəxri İsmayılovun dedikləri həqiqətə uyğun deyil”,-Solmaz Əliyeva dedi.

“Lakin, Fəxri İsmayılov dediklərinin sübutu olaraq, bizə “Mətanət A” şirkətinin iştirakıyla “DəmirBank” ASC ilə bağlanan müqaviləni təqdim etdi”,-Kavkaznews.az-ın müxbiri qeyd etdi.

“Bu sənədlərdə mənzilin girov qoyulması barədə deyilir?”,-Solmaz Əliyeva soruşdu. “Bəli”,-müxbirimiz təsdiqlədi. Solmaz Əliyeva bizə “Mətanət A” şirkətinin hüquq bölməsinə müraciət etməyi təklif etdi. Təəssüf ki, bizim “Mətanət A” şirkətinin hüquq bölməsiylə əlaqə saxlamaq cəhdlərimiz müvəffəqiyyətlə nəticələnmədi.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az
Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR