“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

metanetVə yaxud, işçiləriniz şikayət edirsə, bizim günahımız nədir?

Bu günlərdə Qafqaz Xəbər Agentliyinin Kavkaznews.azQafqaznews.az saytlarında “Mətanət A” şirkəti ilə bağlı bir neçə yazı dərc olunmuşdu. “Şirkətlə bağlı deyərkən”, oxucular yanlış anlamasın, çünki bu yazıların konkret mövzusu vardı: vaxtilə “Mətanət A” şirkətində satış meneceri işləyən Fəxri İsmayılovun şikayətləri. Əlbəttə ki, şikayət araşdırılarkən, “Mətanət A”nın da mövqeyi işıqlandırılmışdı. Necə deyərlər, hər şey qanuna uyğun. Lakin təəssüflər olsun ki, “Mətanət A” şirkəti bu məlumatları dərc etməyimizi “qərəzli addım” kimi dəyərləndirdi və bu yazılardan sonra “bəzi Kdsc06126İV-lərdə “qeyri-ciddi mətbuat “Mətanət A” şirkətinə qarşı qərəzli təxribat aparır” tipli açıqlamalar dərc olunmağa başladı. Əgər biz meydandayıqsa, dayanmadan yazıb-pozuruqsa… əlbəttə, bizi qərəzdə ittiham edən də olacaq. Həmçinin, “Mətanət A” bazardadırsa, ondan da şikayətlənənlər olacaq. Yox, əgər hər tənqid və şikayətə qarşı aqressiya göstərilsə, gərək gedib elə bir işlə məşğul olaq ki, bizim fəaliyyətimizdən ancaq ən yaxın dostlarımız xəbərdar olsun.

İstər mediada, istərsə də biznesdə belə şey mümkün deyil. Sentyabrın 2-də dərc olunan ““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir” başlıqlı yazıda bildirilirdi ki, F.İsmayılovun sözlərinə görə, 2008-2011-ci illərdə “Mətanət A” şirkətində satış üzrə menecer işləyib.

“Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 fa14192541_372898783097604_7706537708061443199_n-1iz düşürdü”, -deyə F.İsmayılov Kavkaznews.az saytına bildirdi. Onun sözlərinə görə, şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır.

“Bu depozitə bizim maaşımızın 10 faizi keçirilir. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi”, – deyə F.İsmayılov qeyd etdi. O, 2011-ci ildə “Mətanət A” şirkətindən işdən çıxarıldığını bildirdi: “İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır”.

Şirkət nümayəndələrinin də fikrinə yazıda yer verilmişdi. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahanə Sarı bildirmişdi ki, şirkətdə depozit praktikası yoxdur. O əlavə etdi ki, Fəxri İsmayılovun şirkətə borcu var. “Fəxri İsmayılov 2011-ci ildə işdən çıxarılıb. Şirkət niyə borcu ondan almaq üçün tədbir görməyib?” – deyə soruşduq. “Şirkət lazımi tədbirlər görüb. Bu proses hələ də davam edir. Fəxri İsmayılov bizim şirkətə borclu qalıb”, – deyə Şahanə Sarı Cavab verdi. Fəxri İsmayılov isə bu sözləri belə şərh etdi: “Hətta ən xırda səhvlərə görə, şirkət rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət edirdi. Əgər mən onlara həqiqətən də borclu qalsaydım, onlar çoxdan polisə müraciət edərdilər” (kavkaznews.az).

Sentyabrın 8-də isə ““Mətanət A” mənim mənzilimi banka girov qoydu” başlıqlı yazıda F.İsmayılov bildirmişdi ki, şirkət rəhbərliyinin təlpage1əbi ilə onun mənzili “Dəmirbank”a girov qoyulub. “Satılan malların məbləğindən olan gəlirimin 10 faizi mənim şirkətdə olan depozitimə keçirilirdi. 3 faizi isə, faizlərin ödənilməsi üçün banka yönləndirilirdi”,- Fəxri İsmayılov bizə dedi. İsmayılovun sözlərinə görə : “2010-cu ildə şirkət rəh1-1-1bərliyinin özü mənə bildirdi ki, “Dəmir Bank” ASC- ə mənim mənzilim qanunsuz olaraq girov qoyulmuşdu”. “ “Mətanət A” şirkətində işlədiyim dövrdə heç bir əskik aşkar olunmadığına görə mənə, şirkətin “DəmirBank”dan mənzilimin girovdan çıxarılmasını istəməsi haqda məktub verdilər. Mən bu məktubla “DəmirBank”a getdim, sonra mənim mənzilim girovdan çıxarıldı”,- Fəxri İsmayılov Kavkaznews.az-a bildirmişdi.

O, girov müqaviləsini də Qafqaz Xəbər Agentliyinə təqdim etmişdi. Beləliklə, sual yaranır, hər şeyi faktlarla işıqlandıran Qafqaz Xəbər Agentliyi “Mətanət A” şirkətinə necə böhtan ata bilərdi? Şirkətin təkzib açıqlamasını da dərc etdiyimiz halda, İbrahim Tatlıses demişkən, “nərədə yanlış yaptık?”. Digər tərəfdən, “Mətanət A” şirkətinin rəhbərliyi dalbadal mətbuata açıqlama verir, hər açıqlamasında Cənab Prezidentin siyasətinə sadiq olduğunu vurğulayır. Düz edir, biz də İlham Əliyev cənablarının siyasətini alqışlayırıq, amma elə bu siyasətə görə də, vətəndaşların sosial problemlərini işıqlandırırıq ki, ölkə rəhbərliyi və ictimaiyyət ayrı-ayrı məmurlar və sahibkarların əməllərindən, cəmiyyətdə baş verənlərdən xəbər tutsun. Bunu dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edib və mediaya çağırış edib ki, problemləri obyektiv işıqlandırsın.

Əgər bizim obyektiv işıqlandırmağımız kiminsə xoşuna gəlmirsə, konkret fakt və arqumentləri ilə məhkəməyə müraciət edə bilər. Qısası, hər dəfə dövlətçilikdən və sədaqətdən uzun-uzun danışınca…  Bircə dəfə bu şikayətlərə detallı və əsaslı aydınlıq gətirilsəydi, “Mətanət A”dan dövlət də razı qalardı, ictimaiyyət də.

Sənan Məmmədli

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

http://qafqaznews.az/2016/09/m-tan-t-m-nim-m-nzilimi-banka-girov-qoydu/
http://qafqaznews.az/2016/09/m-tan-t-nin-kecmis-m-kdasi-oz-depozitinin-qaytarilmasini-t-l-b-edir/

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR