Nurlana Əliyeva Kamal Abdullanın “son yadigar”ını da bağladı, amma… – SORĞU

rektorQismət Rüstəmov: “Mən bu fakültənin bağlanmasına təəssüflənmirəm, onu yeni formatda davam etdirəcəyik”

Manaf Kərimov: “Fakültədə oxumaq üçün müraciət edən çoxdur, Telman Cəfərovun sözləri ilə razı deyiləm”

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi bağlanıb.

Bu barədə  universitetin tədris işləri üzrə prorektoru Telman Cəfərov məlumat verib. Onun sözlərinə görə, fakültə təşkil olunan zaman prosedur qaydaları gözlənilməyib: ”Yaradıcılıq fakültəsi təşkil olunan zaman nə Elmi Şuranın qərarı olub, nə də Təhsil Nazirliyinin. Eyni zamanda bu il fakültəyə qəbul üçün bir nəfər də müraciət etməyib. Əgər dinləyici qəbul olunmayıbsa, biz bu fakültəni necə saxlayaq? slavyan-univerBir tərəfdən Без названияdə Təhsil Nazirliyinin icazəsi ilə fəaliyyət göstərmədiyinə görə, büdcə üçün müraciət edə bilmərik. Hüquqi qüvvəsi və bazası olmayan strukturu universitet rəhbərliyi bağlamalı idi. Ona görə də təqdimat hazırlamışıq ki, fakültə bağlansın. Amma bir vacib məqamı da qeyd edim ki, əgər bizə müraciətlər olsaydı, fakültənin qanuni fəaliyyəti barədə düşünərdik”.

Qeyd edək ki, Yaradıcılıq fakültəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Fakültənin təşkil olunmağında əsas məqsəd Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan vermək olub. Fakültədə təhsil əyani formada, ödənişsiz və ödənişli professorəsaslarla Azərbaycan və rus dillərində keçirilib (APA).

“Fakültədə oxumaq üçün müraciət edən çoxdur, Telman Cəfərovun sözləri ilə razı deyiləm. Mən avqustun 24-də rəsmi olaraq məzuniyyətə çıxmışam. Fakültənin bağlanacağını çox adam qabaqcadan ehtimal edirdi, ona görə də heç kim dekan olmaq istəmirdi.Elmi Şura qərarı barədə dəqiq fikir bildirə bilmərəm, amma sabiq rektor Kamal Abdullanın imzası ilə, 28 fevral 2007-ci il tarixli əmr var. Hər hansı bir qərar olub ki, Kamal Abdulla belə bir əmr imzalayıb. Kamal müəllim ədəbiyyat adamıdır, daim çalışıb ki, BSU-nun Yaradıcılıq F14256691_293129134393820_1549903686_nakültəsi gənc yazarlara dəstək versin. Ondan sonra iki il universitetə rəhbərlik edən Asif Hacıyev də  AYB üzvüdür və o, bizim fakültənin fəaliyyətinə heç bir maneə törətməyib, əksinə, dəstək verib. Yaradıcılıq fakültəsi gənc yazarları çayxanadan auditoriyaya gətirmişdi. Çox istərdim ki, bu fakültə yaşasın. Yeni rəhbərliyin öz planları varsa, heç nə deyə bilmərəm. Amma Yaradıcılıq Fakültəsinin başladığı alternativ xətti hansısa formatda davam etdirmək lazımdır”, – deyə fakültənin dekan müavini Manaf Kərimov Qafqaznews.az-a bildirdi.

“Bu fakültənin Azərbaycandakı ədəbi mühitə çox töhfəsi olub. Mən özüm də bu fakültənin məzunu, sonra dekan müavin255_geQTHG422D4Li olmuşam. Pedaqoji Universitetdə Filologiya Fakültəsində də oxumuşam, amma ordakından fərqli bir təhsili iki il ərzində Yaradıcılıq Fakültəsində aldım. Bu fakültədə təhsil çox kreativ və fərqli idi. Gənc istedadların istiqamətlənməsi, ustad dərslərində və müzakirələrdə iştirakı baxımından, Yaradıcılıq Fakültəsi böyük rol oynadı. Mənlə bərabər çox başqa gənc var idi ki, necə gəldilər, elə də getdilər. Bu fakültədən istedadların çıxıb parlaması fərdi məsələdir, yəni, aldığı ustad dərslərindən istifadə edib uğur qazananlar da oldu, qazanmayanlar da. Amma çox təəssüflənirəm, çünki Yaradıcılıq Fakültəsi ədəbi mühitimiz üçün yeni imkanlar yaratmışdı”, – deyə Qafqaznews.az-a sabiq dekan müavini, yazar Günel Eyvazlı qeyd etdi.

salam-sarvanYaradıcılıq Fakültəsinin sabiq dekanı, şair Salam Sarvanın fikrincə, bu fakültənin bağlanması gənc nəsil Azərbaycan ədəbiyyatı üçün xoşagəlməz haldır: “Təəssüflənirəm, bu fakültə xeyli gəncə istiqamət vermişdi. Biri var, ədəbiyyata gəlirsən, sadəcə öz həvəsinlə çalışırsan. Biri də var, tanınmış yazarlardan, tənqidçilərdən ustad dərsləri alırsan, faydalanırsan. Mən inanmıram ki, fakültənin açılması barədə Elmi Şurqanın qərarı olmasın. Bildiyimə görə, belə qərar olub”.

Fakültənin son dekanı, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov bildirdi ki, fakültənin maliyyələşməsi universitet büdcəsindən olub.

“Fakültənin yaradılması ilə bağlı elmi şuranın qərarı haqqında dəqiq nəsə deyə bilmərəm, daha dəqiqini yəqin ki, Rüstəm Kamal bilər. Amma məsələ əslində belədi: bu fakultə virtual fakultə idi və akademik Kamal Abdullanın təşəbbüsü ilə 2007-ci ildə yaradılmışdı, ilk məzunlarından biri də mənəm. Mən biləni o zamanlar fakultənin yaradı1441790536lması haqda elmi şuranın qərarı vardı, bu işin texniki tərəfidi deyə, şəxsən mənim üçün başlıca  məsələ deyil. Bu fakultə de-yure olmaya bilər, amma de-fakto mövcud idi və ordan ədəbiyyatımız üçün qazanc olan imzalar çıxırdı və çıxacaqdı. Çünki bu fakültənin mənəvi əhəmiyyəti böyük idi. Yeni yazmağa başlayanlar, bir mayak, yol bələdçisi axtaranlar ora toplaşırdılar, ölkənin ən tanınmış şair, yazıçı, sənətşünasları ilə birbaşa təmasda olur, yazdıqlarını, oxuduqlarını müzakirə edirdilər. Mühitləri olurdu, çayxana dedi-qodularından, avaranlanmaqdan auditoriya görürdülər, mühazirə dinləyirdilər”, – deyə Q.Rüstəmov qeyd edib.

Q.Rüstəmovun sözlərinə görə, Yaradıclıq Fakültəsinin sertifikatı çox gəncə iş tapmağa kömək edib: “Mən “Hop-hopnamə”ni əzbər bilməsəm də, onu bilirəm ki, bu fakültəni bitirənlərə verilən sertifikatda Kamal Abdullanın imzası olduğu üçün neçə-neçə işsiz gənc qəzetlərdə, jurnallarda iş tapmışdı, evinə çörək aparmışdı. Yeni rəhbərlik universitetə təyin olunanda mən ərizəmi yazıb göndərdim, ordan çıxdım, xüsusi bir səbəbi yoxdur, bu sivil aktdır… Hər kəs ürəyi istəyən komanda ilə işləməlidir. Fakültənin bağlanmasına o mənada təəssüflənmək olar ki, orda xeyli gözəl, işıqlı xatirəmiz vardı, amma bunlar məsələnin fərdi tərəfidir.Ümumən götürəndə təəssüflənəsi bir şey yoxdur, çünki mən artıq yeni layihəni hazırlamışam, biz həmin fakültəni  başqa formatda yaxın aylarda bərpa edəcəyik. Bu Bilik Fondunun, Yaradıcılıq Fondunun  ortaq bir layihəsi ola bilər. Adı  olmasın fakültə, olsun klub, atelye, kurs, mahiyyət dəyişmir. Yəni heç kim narahat olmasın, biz başladığımız işi yarımçıq qoymarıq”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR