Polis rəisi “Gelandewagen”ində klip çəkdirdi: “Kimdir şəhərdə nömrə 1?” – FOTOLAR, VİDEO

reisOrxan Mansurzadə: “Materialları araşdırandan sonra, məqsədəuyğun bilinsə, DİN buna münasibət bildirəcək”

Nadir Əzməmmədov: “Mən də Maykl Ceksonla dost olmuşam, sən bunu bilirdin?”

Məhərrəm Məmmədov: “Mən metropolitendə 1-ci müavin olanda Tağı Əhmədov tunellərə boyaq vururdu”14247884_1760523460874190_1372824008_o

Bakıda bir p14247689_1760523377540865_857707807_oolis rəisi öz maşının nömrəsinə rep yazdırıb və hətta maşınında klip çəkdirərək, özünün “İnstagram” profilində paylaşıb. Qafqaznews.az-ın əldə etdiyi məlumata görə, söhbət “İsntagram” sosial şəbəkəsində “Nadooo_007” adlı profilin sahibi, eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Yük Stansiyasındakı Polis Məntəqəsinin rəisi Nadir Məhərrəm oğlu Məmmədovdan gedir. Qafqaz Xəbər Agentliyinə verilən başqa bir məlumata görə, bu yaxınlarda Amil Adiloğlu adlı rejissor Bakı Yük Stansiyasında film çəkib və çəkilişlər zamanı Nadir Məmmədova məxsus “Gelandewagen” markalı avtomobil də lentə alınıb.

N.Məmmədovun “İnstagram” profilinə baxarkən, özünün avtomobiliylə birgə çəkdirdiyi bir neçə qısa videoçarxlarla da üzləşdik. “Yeraz balası” sözləri əks olunan videoçarxlardan başa düşmək olur ki, bu gənc polis rəisi əslən Qərbi Azərbaycandandır. Ona sözümüz yoxdur…

Amma daha çox diqqətimizi ““Kimdir şəhərdə nömrə 1? 10 RC 007” sözləri olan rep parçası səsləndirilmiş videoçarx çəkdi. Nadir Məmmədovun “birinci” olmaq həvəsi, necə deyərlər, bizi heyran etdi.

Araşdırma zamanı onu da öyrəndik ki, Nadir Məmmədovun atası Məhərrəm Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ Dəmiryol Stansiyasının rəisidir. Və Qafqaznews.az-a verilən məlumata görə, M.Məmmədovun özünün vəzifədə irəliləməsində, eləcə də oğlunun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinə tabe olan polis məntəqəsinə rəis düzəlməsində vasitəli olaraq QSC sədri Cavid Qurbanovun dəstəyi olub.

Ölkə mətbuatında araşdırma zamanı, onu da öyrəndik ki, Məhərrəm Məmmədov vaxtilə Bakı Metropolitenində rəis müavini olub, Tağı Əhmədov rəis vəzifəsinə təyin olunduqdan sonra isə Metropolitendən uzaqlaşaraq, dəmiryol sisteminə transfer olunub (legion.az).

14273407_1760510650875471_363454957_o

Qafqaznews.az ilk olaraq məsələdə adı keçən Nadir Məmmədovla əlaqə saxladı. Nadir Məmmədov Bakı Yük Stansiyasının Polis Məntəqəsində rəis olduğunu, Amil Adiloğlunun məntəqədə “kino çəkdiyini”, hətta çəkilişlərdə ona məxsus “Gelandewagen”in də çəkildiyini təsdiqlədi.14273291_1760522887540914_827123766_o-1

“Nolub ki, problem var?”, – deyə N.Məmmədov jurnalistdən soruşdu. “Problem yoxdur, sadəcə məlumat maraqlı gəldi. Sizin videolara da baxdıq. 10-RC-007 “Gelandewagen”… Maraqlı gəldi ki, məntəqə rəisi 300 minlik avtomobil sürür”, – deyə Qafqaznews.az-ın əməkdaşı qeyd etdi.

“Sənə nə maraqlı gəlir?.. Birincisi, get maraqlan, gör 2005-in maşını neçəyədir… Mən bilirəm də, siz jurnalistlərin dərdi nədir. Cürbəcür şayiələr yayırsınız”, – deyə məntəqə rəisi əsəbiləşdi. “Bizə məlumat daxil olub və özünüzlə dəqiqləşdirmək istədik. Jurnalistin dərdi nədir?”, – deyə maraqlandıq.

14274262_1760518227541380_1181449967_o“Mən bilirəm, siz jurnalistlərin dərdi nədir. Sənin nə səlahiyyətin var, mənə xidmət vaxtı zəng edirsən? Axşam 8-dən sonra zəng edərsən”, – deyə Nadir Məmmədov dəstəyi asdı. Biz daha sonra Məhərrəm Məmmədovla danışdıq.14274451_1760523410874195_1128010611_o

“Gəl, görüşək, söhbət edək. Lazım deyil belə.. Götürüb uşağa zəng etmisiniz. Cavan uşaqdır, məzuniyyətdə nəsə edib, klip çəkdirib, saqqal buraxıb… Buna görə, uşağın karyerasını vuraq dağıdaq, onda nə oldu? Biz 1988-ci ildə İrəvandan qaçqın gəlmişik. Bala, qaçqınçılıq çox ağırdır. İdmançı uşaqdır, dərəcələri var, akademiyanı bitirib karyera qurur… Hər zaman təriflər eşidirəm onun haqqında. Özünün “çeşka”sı var idi, satıb 2003-cü ilin maşınını alıb, yığdırıb”, – deyə M.Məmmədov bildirdi. “Amma Nadir müəllim dedi ki, 2005-ci ilin maşınıdır”, – deyə qeyd etdik.

“Yox, 2003-dür, texniki pasportunda var. Lazım deyil belə şeylər, hər sözü yazmayın. Mən özüm gündə14302968_1760506780875858_1875834942_n-kopiyamdə olan adamam, Prezident Kitabxanasına nəzər salın, nə qədər kitablar müəllifiyəm. Özüm Yerevan Metropolitenində də rəis müavini işləmişəm. Mən metropolitendə 1-ci müavin olanda Tağı Əhmədov tunellərə boyaq vururdu”, – deyə M.Məmmədov əlavə etdi.

Biz Nadir Məmmədovun tabe olduğu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə ilə də əlaqə saxladıq və soruşduq ki, Bakı Yük Stansiyasında polis məntəqəsinin rəisi təxminən nə qədər maaş alır? O.Mansurzadə bu suala dəqiq cavab verə bilməyəcəyini dedi. Ondan sonra biz Nadir Məmmədovla bağlı məsələni izah etdik.

1388323506orxanmensur“Əgər özüylə danışmısınızsa, əlinizdə materiallar varsa, dərc etmək hüququnuz var. Buna münasibət bildirmək isə başqa məsələdir. Materiallar dərc olunduqdan sonra, araşdırılar və məqsədəuyğun bilinsə, nazirlik buna münasibət bildirər”, – deyə O.Mansurzadə cavab verdi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdan isə öyrənməyə çalışdıq ki, Məhərrəm Məmmədovun maaşı nə qədərdir, lakin yenə də sualımız cavabsız qaldı. Ona da məsələni danışdıqda, 2yv1nktcz0h2N.Əzməmmədov belə cavab verdi: “Polis məntəqəsi DİN-ə tabedir. Məhərrəm Məmmədovun özündən soruşmadınız ki, bu qədər pul səndə hardandır?”

“Soruşmaq istədik, amma Məhərrəm Məmmədov 1988-ci ildə İrəvandan qaçqın gəlməsindən danışdı. Açığı, suallarımıza aydın cavab ala bilmədik. Amma redaksiyamıza daxil olan başqa məlumatda bildirilir ki, M.Məmmədovun dəmiryolu sisteminə gəlməsində və irəliləməsində Cavid Qurbanovun dəstəyi olub, onların arasında dostluq münasibtləri varmı?”, – deyə soruşduq.

nadir“Cavid Qurbanov əvvəl dəmiryol sistemində işləməyib, Məhərrəm Məmmədov isə uzun illərdir dəmiryolundadır”, – deyə N.Əzməmmədov cavab verdi. “Aralarında dostluq münasibətləri varmı?”, – deyə sualımızı təkrarladıq. “Mən də Maykl Ceksonla dost olmuşam, sən bunu bilirdin?” – deyə N.Əzməmmədov suala sualla cavab verdi. Biz rəhmətlik Maykl Ceksonun dostu Nadir Əzməmmədovla sağollaşaraq, məsələ barədə fikir bildirməyi ictimaiyyətin öhdəsinə buraxmağa qərar verdik.

Sözardı: Yazı sayta gedərkən öyrəndik ki, “İnstagram”dakı “nadooo_007” profili artıq deaktiv olunub. Həmin profildən “skrinşot”ları oxuculara təqdim edirik.

Tamerlan Zeynallı

Qafqaznews.az

 


14215636_1760523417540861_1468374323_o 14247701_1760522884207581_1108519052_o 14247673_1760523397540863_1719061923_o 14247823_1760522484207621_2083076562_o 14247880_1760523110874225_40255687_o 14247891_1760523057540897_1278538918_o 14274576_1760523150874221_876484929_o 14274492_1760523447540858_771595497_o
14274275_1760519390874597_1868479664_o
14248000_1760523307540872_1879709011_o
14284873_1760519007541302_650559118_o

14284978_1760517540874782_1896887735_o
14285088_1760523274207542_79290298_o 14285230_1760520857541117_2009214725_o 14285226_1760523337540869_766640391_o 14285160_1760519174207952_1817677079_o 14285120_1760519444207925_561990926_o 14285096_1760519637541239_1974929101_o 14285322_1760518270874709_2014156626_o 14285622_1760519334207936_1188282179_o 14285637_1760523017540901_1702694177_o 14285690_1760518724207997_2091057000_o 14316022_1760519117541291_1917365369_o 14316016_1760518560874680_460223471_o 14303929_1760523284207541_451691687_o 14303851_1760518150874721_713803013_o 14303768_1760518314208038_2116902157_o

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR